Tovuzda yol qəzası oldu, xəsarət alanlar var

Hadisə
22:45 / 17.08.2020
6555
Tovuzda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Sfera.az xəbər verir ki, hadisə rayonun Əlimərdanlı kənd yolunda qeydə alınıb.
Avtomobil qəzası zamanı Tovuz rayon sakinləri, 1995-ci il təvəllüdlü İlkin Hüseynov, 1997-ci il təvəllüdlü Misirxan Əlirzayev və 1995-ci il təvəllüdlü Elvin Hüseynov müxtəlif bədən xəsarətləri alıb.
Yaralılar təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya aparılıblar.
Faktla bağlı araşdırma aparılır. (report.az)