Türkiyədə koronavirusdan daha 1 002 nəfər sağalıb

Dünya
22:30 / 17.08.2020
5978
Türkiyədə son 24 saat ərzində daha 22 nəfər yeni növ koronavirusdan (COVİD-19) dünyasını dəyişib.
Sfera.az xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca bildirib.
Nazir bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 5 996 nəfərə çatıb.
Onun sözlərinə görə, ölkədə 1 233 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 250 542 nəfərə çatıb.
Nazir əlavə edib ki, ötən gün koronavirusdan 1 002 nəfər sağalıb, koronavirusdan sağalanların ümumi sayı 231 997 nəfər təşkil edir.