TN: Şagirdlərin zəruri fənlər üzrə həftədə 2-3 dəfə məktəbə gəlməsi planlaşdırılır

TN: Şagirdlərin zəruri fənlər üzrə həftədə 2-3 dəfə məktəbə gəlməsi planlaşdırılır
 "Təhsil İnstitutunun təklif etdiyi variantlarda "sarı” zonalarda uşaqların təhsil müəəssisələrində təhsilə cəlb olunması məqbul sayılır”.

Sfera.az xəbər verir ki, bunu Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri Vəfa Yaqublu deyib. Onun sözlərinə görə, əsas problem ümumi təhsildir: "Təhsil İnstitutu onun səviyyələr üzrə paylanmasını təklif edir: İbtidai təhsil səviyyəsində öyrənmə bacarıqları kifayət qədər formalaşmayıb. Ümumilikdə hər iki region, yəni "sarı” və "narıncı” zona üçün hibrid formada dərslərə qoşulma təklif edilir. Nəzəriyyə hissəsi, izaha ehtiyac olan hissə virtual formada, praktik hissə isə məktəbdə daha az sayda şagirsdərlə təşkil oluna bilər”.

O bildirib ki, şagirdlərin daha zəruri fənlər üzrə, həftədə 2-3 dəfə məktəbə gəlmələri planlaşdırılır: "Daha yuxarı siniflərin məktəbə həftədə 1-2 dəfə gəlməsi planlaşdırılır. İşçi qaydada tədris planları hazırlamışıq ki, hansı fənlər virtual və praktiki dərslərə bölüşdürülsün. Bu, hələ müzakirə mərhələsindədir. Bunlar arzu etmədiyimiz, amma hələ ki, mümkün variantlardır”.

V. Yaqublu deyib ki, peşə təhsili və orta ixtisas təhsili müəssisələrində də dərslərin nəzəri hissələrin virtual formada, praktiki biliklər tələb edənlərin məktəblərdə keçirilməsi planlaşdırılır. Onun sözlərinə görə, ali təhsillə bağlı isə virtual öyrənmənin ön plana çəkilməsi nəzərdə tutulur.

OXŞAR XƏBƏRLƏR

Sabah çimərliklərdə hava necə olacaq?

 Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb.   Milli Hidrometeorologiya Xidmətindən Sfera.az -a verilən məlumata görə, iyulu...

Azərbaycanda rusdilli məktəblər BAĞLANIR?

Azərbaycanda rusdilli məktəblərin bağlanacağı ilə bağlı iddia var. Valideynlər deyirlər ki, bu barədə məktəblə bağlı "WhatsApp" qruplarına bildirişlər...

Azərbaycanla Özbəkistan arasında bir sıra sənədlər imzalanıb

Azərbaycanla Özbəkistan arasında iqtisadi tərəfdaşlığın şaxələndirilməsi istiqamətində bir sıra sənədlər imzalanıb.     Sfera.az xəbər v...

Sahibkarların sığortaya təşviqi məqsədilə yeni əməkdaşlıq quruldu

Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) İcraçı direktoru Elmar Mirsalayevlə Azərbaycan-Türkiyə İş Adamları Birliyinin (ATİB) İdarə Heyətinin sədri Mürsəl...

“Pulu Vasif Talıbovun oğlunun sürücüsünə verirdim” - Rəisdən ŞOK AÇIQLAMA

Naxçıvan Muxtar Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi olmuş polkovnik Mirzə Cəlilovun cinayət işinin təfərrüatı məlu...

Rusiyanın 5 hava limanı fəaliyyətini dayandırdı

İjevsk hava limanı müvəqqəti olaraq reysləri qəbul etmir.   Sfera.az xəbər verir ki, bu barədə “Rosaviatsiya” məlumat yayıb.   ...