“Ermənistan bu çətin vəziyyətdən öz iddialarını saxlamaqla çıxmaq iqtidarında deyil” - Deputat

“Ermənistan bu çətin vəziyyətdən öz iddialarını saxlamaqla çıxmaq iqtidarında deyil” - Deputat
 "Paşinyan hesab edir ki, onun hər dediyi həqiqətdir və hamı məsələni onun gördüyü kimi qavramalıdır. Lakin reallıqlarla onun baxışları üst-üstə düşmür”.

Sfera.az xəbər verir ki, bunu mediapost-a Milli Məclisin deputatı Rasim Musabəyov deyib:

"Ermənistan ölkə kimi özünü çətin vəziyyətə salıb. Ölkənin başında kimin olmasından asılı olmayaraq, Ermənistan bu çətin vəziyyətdən öz iddialarını saxlamaqla çıxmaq iqtidarında deyil. Paşinyan özünə arxayın adam idi, hesab edirdi ki, Serj Sarkisyanı belə asanlıqla kürsüdən qovub özü orada əyləşə bilibsə, deməli bütün dünyanı fəth etməyə hazırdır. Lakin reallıqla üzləşəndə hər dəfə çətin vəziyyətə düşür. İndi də Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərində yol çəkmək istəyir. Onlara konkret olaraq çatdırılıb ki, bu işi başlatdıqları halda, dağıdılacaq. Ona görə bunlar da müxtəlif formada təxribatlara əl atırlar”.

"Ermənistanın hər mərmisinə yüz mərmi ilə cavab vermək imkanımız var”

Millət vəkili separatçı Dağlıq Qarabağ rejiminin rəhbərinin Azərbaycanın ikinci ən böyük şəhəri Gəncəni vurmaqla hədələməsinə münasibət bildirib. O deyib ki, Araik Arutünyan populistdir və o, hər danışdığına inanır: 

"Məncə, bu, ciddi psixi problemdir. Hansısa məqamlarda da inqilabda olduğu kimi, bu, ona cəsarət vermişdi ki, özünü müsbət görüntüdə təqdim eləsin. Düşünmürəm ki, bu hədəyə hərbçilər ciddi fikir versinlər. Onların 2-3 mərmisi Gəncəyə çatacaq, çatmayacaq, bilmirəm, lakin bunun müqabilində Azərbaycan Ordusunun silahlanmasında olan silah sistemləri Ermənistanın istənilən mövqelərini atəşə tutmaq imkanı verir. Onların hər mərmisinə bizim yüz mərmi ilə cavab vermək imkanımız var”. 

"Söhbət mahiyyətcə həmsədrlərdən yox, həmsədr dövlətlərin mövqeyindən gedir. Bunu təmin etmək vacibdir”

Beynəlxalq münasibətlərdən danışan deputat beynəlxalq hüququn, obyektiv reallıqların, güc nisbətinin olduğunu deyib: 

"Bilirik ki, indiyə kimi Ermənistandan istifadə edib başlarını sığallayıblar. Paşinyanın gülünc iddiaları başlarını sığallayıb onlardan istifadə edən ölkələrə görədir. O elə hesab edir ki, dünya bunların istəyini həyata keçirməlidir. Onlar həmişə zarıyırlar ki, biz zərərçəkən tərəf olmuşuq, Azərbaycan hesabına kompensasiya olunmalıyıq. Bu isə mümkün deyil. Çünki beynəlxalq hüquqda obyektiv reallıqlar var. Bu gün Minsk Qrupu və onların həmsədrləri deyəndə bilməliyik ki, onlar öz Xarici İşlər Nazirliyinin orta səviyyəsində olan diplomatdırlar. Həmsədr ölkələr birgə bəyanat da versə, bunun böyük gücü yoxdur. Düzdür, bəyanatları diplomatik təbliğat baxımından tərəflərə hansısa üstünlük verə bilər, lakin Ermənistan onların bəyanatından qorxub işğaldan əl çəkməz. Söhbət mahiyyətcə həmsədrlərdən yox, həmsədr dövlətlərin mövqeyindən gedir. Bunu təmin etmək vacibdir. Lakin mən Türkiyənin həmsədr dövlətlərdən biri olmasının əleyhinəyəm. Çünki həmsədr olan ölkələrin münaqişənin hər iki tərəfi ilə diplomatik əlaqələri olmalıdır. Zahirən də özlərini tərəfsiz dövlət kimi göstərməlidirlər. Mənim düşüncəmə görə, Türkiyə ilə Azərbaycan elə müttəfiq kimi qalsa, yaxşıdır. Həmsədr ölkə olaraq, Ermənistanla diplomatik əlaqələr yaratmasına heç bir ehtiyac yoxdur. Türkiyənin konkret mövqeyi var, deyir ki, mən Azərbaycanın arxasındayam”.

 "Azərbaycan Prezidenti İlham Əliyev rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığı ilə göstərdi ki, sabah Türkiyə ilə yaxınlaşmağımıza – birgə hərbi çıxış etməyimizə görə bizi qınamayın. Ona görə ki, siz riyakarlıq edirsiniz. Həm sülhdən danışırsınız, həm də Tovuz hadisələrinə görə Paşinyanı qınayırsınız. Lakin görürük ki, siz orada test edirmişsiniz, biz hər şeyi olduğu kimi görürük” - deyə, deputat bildirib. 

OXŞAR XƏBƏRLƏR

Təkərli Gitara: Elvis Preslinin ən qeyri-adi avtomobili satılır - FOTO

Elvis Preslinin çox qeyri-adi "Cadillac"ı Fransada satışa çıxarılıb. Nəhəng çəhrayı avtomobil gitaraya bənzəyir.   Sfera.az bildirir ki, &l...

May ayı üçün maqnit qasırğası təqvimi: Ən təhlükəli tarixlər hansılardır?

Maqnit qasırğaları insanların sağlamlıq vəziyyətinə əhəmiyyətli dərəcədə təsir göstərə bilər.   Sfera.az.az xəbər verir ki, meteoroloqların fikrincə,...

Robert De Nironun oğlu transgender oldu - FOTO

Hollivud ikonu Robert De Nironun 29 yaşlı oğlu Aaron De Niro transseksual qadın kimi ictimaiyyət qarşısına çıxıb və özünə İrene adı seçib.   O, bu ba...

Araşdırmaya görə, ən tənha insanların yaşadığı yerlər məlum olub

Yunanıstan və Kiprdəki səmavi mənzərələr və günəş işığının bolluğu insanın belə gözəllikdə həqiqətən xoşbəxt olacağına zəmanət vermir. Bu yerlər özünü tənha his...

Böyük evinin olmasına baxmayaraq 4 ildir maşında yaşayır - FOTO

Çinli proqramçı Zhang Yunlai öz dörd mərtəbəli evinin olmasına baxmayaraq, dörd ildir ki, elektrik avtomobilində yaşayır. Kişi bu seçimi azadlığı və rahatlığı ü...

Niyə bəzi ölkələrdə həbsxanadan qaçmaq cinayət sayılmır?

Həbsxanadan qaçmağın hər yerdə ağır cəzaya səbəb olduğunu düşünürsənsə, yanılırsan. Bəzi ölkələrdə məhbusların qaçmağa cəhdləri tamam fərqli anlayışla qarşılanı...