Gürcü ekspert: “Paşinyan ərazilərin işğalını heç cürə əsaslandıra bilməzdi”

Gürcü ekspert: “Paşinyan ərazilərin işğalını heç cürə əsaslandıra bilməzdi”
 "Ermənistanın baş naziri Nikol Paşinyanın "BBC” telekanalındakı "Hardtalk” verilişində heç bir tutarlı arqument gətirə bilməməsi təəccüb doğurmamalıdır. Çünki birbaşa aqressiya və digər ölkənin tarixi torpaqlarının işğalını əsaslandırmaq mümkün deyil”.

Sfera.az xəbər verir ki, bu barədə report-a açıqlamasında Gürcüstan İnkişafının Kompleks Problemlərinin Araşdırılması Mərkəzinin direktoru, siyasi elmlər doktoru, professor Levan Metreveli bildirib.

Onun sözlərinə görə, N.Paşinyan efirdə Azərbaycan torpaqlarının işğalına bəraət qazandırmağa cəhdlər etməyə çalışıb:

"Digər suveren dövlətin ərazilərinin işğalını arqumentləşdirmək qeyri-mümkündür. Buna görə də erməni baş nazirinin heç bir əsaslı sübutunun olmaması təbiidir. Bütün dünya ictimaiyyəti işğal olunan torpaqları Azərbaycanın əraziləri kimi tanıyır”.

Gürcü ekspert "BBC”-nin dünyanın ən nüfuzlu KİV-lərindən biri olduğunu qeyd edib:

"Telekanal yalnız Böyük Britaniya və Avropaya deyil, bütün dünyaya yayımlanır. Buna müvafiq olaraq "BBC”yə dəvət almaq şərəfinə nail olan istənilən lider yaxşı hazırlıqlı olmalıdır. Lakin Paşinyan nə qədər hazırlıqlı olsaydı belə, hər hansı bir arqument gətirə bilməzdi. Çünki işğal faktına bəraət qazandırmaq heç cürə mümkün deyil”.

L.Metreveli qeyd edib ki, Ermənistanın hökumət başçısı Azərbaycan torpaqlarının işğalı ilə bağlı suallara ilk dəfə deyil konkret cavablar verə bilmir: "Münhen konfransında da Nikol Paşinyan suallara konkret və tutarlı cavab verməkdə çox çətinlik çəkib. Azərbaycan Prezidenti İlham Əliyev debatda ciddi, fundamental bilik və təcrübəsinə əsaslanaraq çıxış edib. Nikol Paşinyanın zəif intellektual imkanları bununla müqayisə belə edilə bilməz”.

OXŞAR XƏBƏRLƏR

Robert De Nironun oğlu transgender oldu - FOTO

Hollivud ikonu Robert De Nironun 29 yaşlı oğlu Aaron De Niro transseksual qadın kimi ictimaiyyət qarşısına çıxıb və özünə İrene adı seçib.   O, bu ba...

Araşdırmaya görə, ən tənha insanların yaşadığı yerlər məlum olub

Yunanıstan və Kiprdəki səmavi mənzərələr və günəş işığının bolluğu insanın belə gözəllikdə həqiqətən xoşbəxt olacağına zəmanət vermir. Bu yerlər özünü tənha his...

Böyük evinin olmasına baxmayaraq 4 ildir maşında yaşayır - FOTO

Çinli proqramçı Zhang Yunlai öz dörd mərtəbəli evinin olmasına baxmayaraq, dörd ildir ki, elektrik avtomobilində yaşayır. Kişi bu seçimi azadlığı və rahatlığı ü...

Niyə bəzi ölkələrdə həbsxanadan qaçmaq cinayət sayılmır?

Həbsxanadan qaçmağın hər yerdə ağır cəzaya səbəb olduğunu düşünürsənsə, yanılırsan. Bəzi ölkələrdə məhbusların qaçmağa cəhdləri tamam fərqli anlayışla qarşılanı...

Ağcabədidə ağır qəza, iki hərbçi həlak oldu- VİDEO

Ağcabədidə baş verən qəzada iki nəfər ölüb.    Sfera.az-ın xəbərinə görə, hadisə rayon ərazisində baş verib.   Belə ki, hərəkətdə ola...

Azərbaycanda ən çox hansı avtomobillər kreditlə alınır?

2024-cü il üzrə Azərbaycanda fiziki şəxslər tərəfindən alınan istehlak kreditləri çərçivəsində avtomobil kreditlərinin strukturu dəyişib, ekoloji cəhətdən daha ...