Prezident Fərman İmzaladı

Prezident Fərman İmzaladı
 

Prezident İlham Əliyev "Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin tənzimlənməsi ilə bağlı bəzi tədbirlər haqqında fərman imzlayıb.

Fərmanda qeyd edilir ki, Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki "Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin adı dəyişdirilərək "Aqroservis” Açıq Səhmdar Cəmiyyəti (bundan sonra – Cəmiyyət) adlandırılsın.

Müəyyən edilir ki, cəmiyyət kənd təsərrüfatı məhsulları istehsalçılarının, lizinq yolu ilə satılması istisna olmaqla, qanunla müəyyən edilmiş qaydada kənd təsərrüfatı istehsal vasitələri (kənd təsərrüfatı texnikası, texnoloji avadanlıq, o cümlədən suvarma sistemləri dəsti və avadanlığı, aqrokimyəvi maddələr, bitki mühafizəsi vasitələri, sertifikatlı toxum və ting) ilə təmin edilməsini, aqrotexniki xidmətlər göstərilməsini və bu sahədə fəaliyyətin təşkilini həyata keçirən kommersiya hüquqi şəxsidir;

"Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin kənd təsərrüfatı texnikasının, texnoloji avadanlığın, suvarma sistemləri dəsti və avadanlığının, damazlıq heyvanların kənd təsərrüfatı istehsalçılarına lizinq yolu ilə satılmasına dair qüvvədə olan lizinq müqavilələri üzrə hüquq və öhdəlikləri Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə (bundan sonra ‒ Agentlik) keçir.

Nazirlər Kabinetinə tapşırılır ki, bu Fərmanın 2.2-ci bəndində nəzərdə tutulan hüquq və öhdəliklərin (lizinq alanların və lizinq obyektlərinin siyahısı, habelə lizinq ödənişləri üzrə borcların məbləği müəyyənləşdirilməklə) altı ay müddətində Agentliyə ötürülməsi üçün tədbirlər görsün; "Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətində kənar auditorun və aidiyyəti dövlət orqanlarının (qurumlarının) apardığı yoxlamaların nəticələri nəzərə alınmaqla, mövcud qalıq portfelinin bu Fərmanın 2.2-ci bəndində nəzərdə tutulan hüquq və öhdəliklərinin ötürülməsi zamanı Agentliyin hesabında nəzərə alınmasını təmin etsin; bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

Kənd Təsərrüfatı Nazirliyinə tapşırılır ki, Cəmiyyətin yeni nizamnaməsini üç ay müddətində təsdiq etsin; Cəmiyyətin və Agentliyin sərəncamındakı əmlakın kənar auditor təşkilatı cəlb edilməklə qiymətləndirilməsini təşkil etsin və qiymətləndirmənin nəticəsinə əsasən, onların yeni balansı barədə məlumatı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə təqdim etsin; bu Fərmanın 2.2-ci bəndində nəzərdə tutulan lizinq müqavilələri üzrə hüquq və öhdəlikləri Agentliyin həyata keçirməsi ilə bağlı aşağıdakı tədbirlərin görülməsini təmin etsin: mövcud qalıq portfelinin və qüvvədə olan lizinq müqavilələri üzrə əmlakın idarə edilməsini; lizinq ödənişləri üzrə borcların yığılmasını; bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.


OXŞAR XƏBƏRLƏR

Təkərli Gitara: Elvis Preslinin ən qeyri-adi avtomobili satılır - FOTO

Elvis Preslinin çox qeyri-adi "Cadillac"ı Fransada satışa çıxarılıb. Nəhəng çəhrayı avtomobil gitaraya bənzəyir.   Sfera.az bildirir ki, &l...

May ayı üçün maqnit qasırğası təqvimi: Ən təhlükəli tarixlər hansılardır?

Maqnit qasırğaları insanların sağlamlıq vəziyyətinə əhəmiyyətli dərəcədə təsir göstərə bilər.   Sfera.az.az xəbər verir ki, meteoroloqların fikrincə,...

Robert De Nironun oğlu transgender oldu - FOTO

Hollivud ikonu Robert De Nironun 29 yaşlı oğlu Aaron De Niro transseksual qadın kimi ictimaiyyət qarşısına çıxıb və özünə İrene adı seçib.   O, bu ba...

Araşdırmaya görə, ən tənha insanların yaşadığı yerlər məlum olub

Yunanıstan və Kiprdəki səmavi mənzərələr və günəş işığının bolluğu insanın belə gözəllikdə həqiqətən xoşbəxt olacağına zəmanət vermir. Bu yerlər özünü tənha his...

Böyük evinin olmasına baxmayaraq 4 ildir maşında yaşayır - FOTO

Çinli proqramçı Zhang Yunlai öz dörd mərtəbəli evinin olmasına baxmayaraq, dörd ildir ki, elektrik avtomobilində yaşayır. Kişi bu seçimi azadlığı və rahatlığı ü...

Niyə bəzi ölkələrdə həbsxanadan qaçmaq cinayət sayılmır?

Həbsxanadan qaçmağın hər yerdə ağır cəzaya səbəb olduğunu düşünürsənsə, yanılırsan. Bəzi ölkələrdə məhbusların qaçmağa cəhdləri tamam fərqli anlayışla qarşılanı...