Azərbaycanda iki kanalın yayımı dayandırılır — RƏSMİ

Azərbaycanda iki kanalın yayımı dayandırılır — RƏSMİ
 Milli Televiziya və Radio Şurasının videoformatda iclası keçirilib.
 

MTRŞ-dan bildirilib ki, iclasda 1-10 avqust 2020-ci ildə ümumölkə televiziya kanallarının monitorinqinin nəticələri müzakirə olunub.

4 avqust 2020-ci ildə "Lider” televiziya kanalının efirində saat 20.00 – 21.00 arası müddətdə 17 dəqiqə 25 saniyə reklam yayımlanması ilə "Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının Qanununun 35.7-ci maddəsinin tələbləri pozulub.

Şura həmin Qanunun 23.1-ci maddəsini rəhbər tutaraq "Lider” televiziya kanalının efirində 22 avqust 2020-ci il tarixdə proqramların yayımının üç saatlıq müddətədək (saat 08:00-dan saat 11:00-dək) dayandırılması haqqında qərar qəbul edib.

Həmçinin, 10 avqust 2020-ci ildə "ATV” televiziya kanalının efirində saat 16.00 – 17.00 arası müddətdə 15 dəqiqə 46 saniyə reklam yayımlanması ilə "Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının Qanununun 35.7-ci maddəsinin tələbləri pozulub.

Şura həmin Qanunun 23.1-ci maddəsini rəhbər tutaraq "ATV” televiziya kanalının efirində 20 avqust 2020-ci il tarixdə proqramların yayımının üç saatlıq müddətədək (saat 08:00-dan saat 11:00-dək) dayandırılması haqqında qərar qəbul edib.



OXŞAR XƏBƏRLƏR

Təkərli Gitara: Elvis Preslinin ən qeyri-adi avtomobili satılır - FOTO

Elvis Preslinin çox qeyri-adi "Cadillac"ı Fransada satışa çıxarılıb. Nəhəng çəhrayı avtomobil gitaraya bənzəyir.   Sfera.az bildirir ki, &l...

May ayı üçün maqnit qasırğası təqvimi: Ən təhlükəli tarixlər hansılardır?

Maqnit qasırğaları insanların sağlamlıq vəziyyətinə əhəmiyyətli dərəcədə təsir göstərə bilər.   Sfera.az.az xəbər verir ki, meteoroloqların fikrincə,...

Robert De Nironun oğlu transgender oldu - FOTO

Hollivud ikonu Robert De Nironun 29 yaşlı oğlu Aaron De Niro transseksual qadın kimi ictimaiyyət qarşısına çıxıb və özünə İrene adı seçib.   O, bu ba...

Araşdırmaya görə, ən tənha insanların yaşadığı yerlər məlum olub

Yunanıstan və Kiprdəki səmavi mənzərələr və günəş işığının bolluğu insanın belə gözəllikdə həqiqətən xoşbəxt olacağına zəmanət vermir. Bu yerlər özünü tənha his...

Böyük evinin olmasına baxmayaraq 4 ildir maşında yaşayır - FOTO

Çinli proqramçı Zhang Yunlai öz dörd mərtəbəli evinin olmasına baxmayaraq, dörd ildir ki, elektrik avtomobilində yaşayır. Kişi bu seçimi azadlığı və rahatlığı ü...

Niyə bəzi ölkələrdə həbsxanadan qaçmaq cinayət sayılmır?

Həbsxanadan qaçmağın hər yerdə ağır cəzaya səbəb olduğunu düşünürsənsə, yanılırsan. Bəzi ölkələrdə məhbusların qaçmağa cəhdləri tamam fərqli anlayışla qarşılanı...