Kompani karyerasını başa vurdu

Kompani karyerasını başa vurdu
 

İngiltərənin "Mançester Siti" klubunun keçmiş müdafiəçisi Vensan Kompani karyerasını bitirib.

 

Sfera.az xəbər verir ki, 34 yaşlı futbolçu ötən mövsüm Belçikanın "Anderlext" klubunda oynayan-məşqçi olub. Belçikalı futbolçu bundan sonra məşqçi kimi çalışacaq.

 

Belçika millisinin keçmiş üzvü "Anderlext"in yetirməsidir və peşəkar karyerasına bu klubda başlayıb. Kompani 2006-2008-ci illərdə "Hamburq", 2008-2019-cu illərdə "Mançester Siti"də çıxış edib. O, 4 dəfə İngiltərə çempionu olub.


OXŞAR XƏBƏRLƏR