“Azərbaycanın milli maraqlarına münasibətdə ermənidən yüz qat artıq ermənilik edənlər...” – Siyasi ekspert

“Azərbaycanın milli maraqlarına münasibətdə ermənidən yüz qat artıq ermənilik edənlər...” – Siyasi ekspert
 

"Qəribə mənzərə yaranıb. Ölkənin ictimai-siyasi ab-havasını zəhərləyən, cəmiyyəti qütblərə parçalamaq üçün gecə-gündüz vurnuxan, söyüşü, təhqiri, böhtanı siyasi mübarizənin əsas elementinə çevirmək üçün dəridən-qabıqdan çıxan, Azərbaycanın milli maraqlarına münasibətdə ermənidən yüz qat artıq ermənilik edən, dövlətçilik ənənələrimizə, dəyərlərimizə, milli mədəniyyətimizə, varlığımıza qarşı savaş açan vətən xainlərinin önünə sözdən sipər çəkən bir ovuc insan "ortada yeyib kənarda gəzən”, "harada aş olsa, orada baş olan”, yalnız özlərini qorumaq üçün SUSAN (süsən)-sünbül ziyalıların da hədəfinə tuş gəliblər”.

"MediaPost”un məlumatına görə, bunu Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini, siyasi ekspert Elçin Mirzəbəyli deyib:

"Üzdə hər şeydən danışırlar – Vətəndən, millətdən, Turandan... Tanrı dağlarından vurub, Savalandan çıxırlar, amma bircə dəfə də olsun əlahəzrət mətləbdən – Azərbaycan dövlətini, xalqını, birliyimizi, bütövlüyümüzü, milli kimliyimizi hədəfə alan, Vətənimizi paramparça etmək istəyən çeşidli qütblərin maraq ovçularından, sapı özümüzdən və özgələrdən olan "balta”lardan söz açmırlar, konkret mövqe sərgiləmirlər, sərgiləyənləri də məsxərəyə qoyurlar... Kuluarlarda tez-tez qulaq şahidi oluram dediklərinə: "Gördün, filankəsi necə söydülər”, yaxud, "Yaxşı dərsini verdilər” deyib xosunlaşır, daha "kreativ” söyüş və təhqirlər tapmaq üçün bir-biri ilə yarışa girir, simasızlıqlarına qafiyə tuturlar. Bunlar milli dəyərlərin daşıyıcısı, təbliğatçılarıdır... Böyük amallar uğrunda mübarizə aparırlar. Bunların Vətən, Millət anlayışlarının sərhədləri çox genişdir, xırda-xuruş məsələlərə baş qoşmaq istəmirlər, "reputasiya”larını, adlarını, "yüksək” mövqelərini qoruyurlar... Birdən Azərbaycana qarşı savaş açan şərəfsizlər camesi mənsublarının, "Sorosun küçükləri”nin, saatlarının əqrəbləri şimallı-cənublu bədxahlarımızın qol, divar, yaxud Qum saatlarının əqrəbləri ilə sinxron hərəkət edən vətənsizlərin qınağına tuş gələrlər, urvatdan, hörmətdən düşərlər, üzərlərindəki saxta ziyalı zirehlərinin pulcuqları tökülər...”.

E. Mirzəbəyli bildirib ki, son bir neçə ayda əqidəsi, mövqeyi, siması bütöv və bir olan nə qədər dəyərli insanımız heç bir əsas olmadan, sadəcə ölkəmizin maraqlarını müdafiə etdikləri, konkret mövqe sərgilədikləri üçün linç edilib: 

"Nə qədər üzü də əqidəsi, mövqeyi kimi bir olan həmvətənimiz, soydaşımız, həmkarımız təhrif edilən, kontekstdən çıxarılan fikirlərinə görə ən alçaq, ən iyrənc təhqirlərə məruz qalıb? Özünüz yazmırsınız, danışmırsınız, cəhənnəm, heç olmasa, yazanları, danışanları bircə kəlmə sözlə müdafiə edin! Müharibədə ön və arxa cəbhə olur. İndi ön cəbhədə ola bilmirsiniz, başa düşdük, buna zadınız, yəni cəsarətiniz çatmır. Heç olmasa, arxa cəbhədə nə isə eləməyə çalışın. Məsələn, elə bil ön cəbhədə savaşanlar üçün "mətbəxdə yemək hazırlayırsınız”, yaxud "kartof-soğan soyursunuz”... Kəsəsi, heç olmasa, "mən də buradayam” deyib varlığınıza bir işarə edin ki, "yerinizi-yurdunuzu” bilək! Vətənsevərliyin, milli ideya, düşüncə sahibi olmağın ünvanı daldalandığınız, kölgələndiyiniz yerlərdə deyil, göz önündə, söz önündədir. Bu qədər bəsit...”.

"Adını nə qoyursan qoy, xarakterin, ətrafında baş verən hadisələrə açıq və birmənalı münasibətin yoxdursa, deməli həqiqəti edam kötüyünə ötürənlərin sırasındasan... Hamı üçün yaxşı olmağa çalışan, sağın yanında sağdan, solun yanında soldan vuran və həqiqət udan "qara dəlik" olduqları halda, "qızıl orta" kimi görünməyə çalışanlar dünyanın ən təhlükəli adamlarıdır... Tərəflər arasında var-gəl etməklə cəmiyyətdə üstün mövqeyə yiyələnməyə çalışanlar, mənafe vasitəçiləri də həmçinin” - deyə, siyasi ekspert bildirib.


OXŞAR XƏBƏRLƏR

Amerikalı aktrisa ikinci dəfə ana oldu: Əkiz uşaq dünyaya gətirdi - FOTOLAR

Amerikalı aktrisa şad xəbəri İnstaqram səhifəsində paylaşaraq bir oğul və bir qız dünyaya gətirdiyini açıqlayıb.   Hollivud aktrisası və Conni Deppin k...

Hepatit A epidemiyası yayıldı: Simptomlar hansılardır?

Ukraynanın paytaxtında hepatit epidemiyası qeydə alınıb. Artıq 19-u uşaq olmaqla 33 xəstəliyə yoluxma halı qeydə alınıb.   Sfera.az bildirir ki, Ukra...

Paslı su və balıq yeməklə 55 gün dənizdə sağ qalıblar

Ekvadorda gəmi 55 gün dənizdə qalan 5 balıqçı tapıb. Bütün bu müddət ərzində onlar rabitə və naviqasiya vasitələri olmadan xarab generatorla yaşayıblar. Onlar p...

İnternetdəki axtarış tarixçəsinə görə işdən qovuldu

Böyük Britaniyalı bir adam iş zamanı etdiyi 50 saatlıq internet axtarışlarını müdirləri çap etdikdən sonra işini itirib. Adama tez-tez tapşırıqlar verilmirdi və...

İCAO təsdiqlədi: MH17 reysi ilə uçan təyyarəni Rusiya vurub!

Beynəlxalq Mülki Aviasiya Təşkilatı (İCAO) Şurası 2014-cü ildə Ukrayna üzərində MH17 reysinin qəzasına görə rəsmi olaraq Rusiyanın məsuliyyət daşıdığını elan ed...

Plastik cərrahiyə ilə bağlı vahid standartlar hazırlanır - VİDEO

Plastik cərrahiyyə sahəsində vahid standartlar olacaq. Bu məqsədlə klinik protokollar hazırlanır.   Sfera.az-ın məlumatına görə, bu barədə Səhiy...