Lukaşenko xalqa çağırış etdi: Məni öldürməyin!

Lukaşenko xalqa çağırış etdi: Məni öldürməyin!

Belarus prezidenti Aleksandr Lukaşenko sensasion açıqlama ilə çıxış edib.


Sfera.az xarici mətbuata istinadla xəbər verir ki, Belarus Prezidenti Aleksandr Lukaşenko avqustun 17-də Minsk Traktor Təkəri Zavodunda (MZKT) tətil edən işçilərə müraciətlə: "Məni məhv etməyin!”, - deyə, çağırış edib.

 

"Mən əbədi deyiləm. Amma siz ilk prezidenti məhv etsəniz, qonşu ölkələrdə olduğu kimi, hamını məhv edəcəksiniz. Belaruslar bunu etməməlidirlər”,- deyə, Lukaşenko bildirib.


O, həmçinin müqəddəs olmadığını da söyləyib.

 

"Mənim qəddarlığımdan xəbərdarsınız. Onu da bilirsiniz ki, qəddarlığım olmasa idi, ölkə də olmazdı. Əmin ola bilərsiniz ki, sizin övladlarınızı incitmərəm, ölkəni də heç kimə vermərəm”, - deyə, o, vurğulayıb.

 

Bildirək ki, Lukaşenko sözügedən zavoda oğlu Nikolayla birgə helekopterlə gəlmişdi. Zavodun ərazisi Prezidentin Təhlükəsizlik Xidməti tərəfindən qorumaya alınmışdı. Lukaşenko səlahiyyətlərini paylaşmağa hazır olduğunu bildirib, amma bunu təzyiq altında etməyəcəyini bildirib.

 

Lukaşenkonun çıxışı zamanı fəhlələr ”Çıx get!” şüarları səsləndiriblər.

 

Selcan


OXŞAR XƏBƏRLƏR

Amerikalı aktrisa ikinci dəfə ana oldu: Əkiz uşaq dünyaya gətirdi - FOTOLAR

Amerikalı aktrisa şad xəbəri İnstaqram səhifəsində paylaşaraq bir oğul və bir qız dünyaya gətirdiyini açıqlayıb.   Hollivud aktrisası və Conni Deppin k...

Hepatit A epidemiyası yayıldı: Simptomlar hansılardır?

Ukraynanın paytaxtında hepatit epidemiyası qeydə alınıb. Artıq 19-u uşaq olmaqla 33 xəstəliyə yoluxma halı qeydə alınıb.   Sfera.az bildirir ki, Ukra...

Paslı su və balıq yeməklə 55 gün dənizdə sağ qalıblar

Ekvadorda gəmi 55 gün dənizdə qalan 5 balıqçı tapıb. Bütün bu müddət ərzində onlar rabitə və naviqasiya vasitələri olmadan xarab generatorla yaşayıblar. Onlar p...

İnternetdəki axtarış tarixçəsinə görə işdən qovuldu

Böyük Britaniyalı bir adam iş zamanı etdiyi 50 saatlıq internet axtarışlarını müdirləri çap etdikdən sonra işini itirib. Adama tez-tez tapşırıqlar verilmirdi və...

İCAO təsdiqlədi: MH17 reysi ilə uçan təyyarəni Rusiya vurub!

Beynəlxalq Mülki Aviasiya Təşkilatı (İCAO) Şurası 2014-cü ildə Ukrayna üzərində MH17 reysinin qəzasına görə rəsmi olaraq Rusiyanın məsuliyyət daşıdığını elan ed...

Plastik cərrahiyə ilə bağlı vahid standartlar hazırlanır - VİDEO

Plastik cərrahiyyə sahəsində vahid standartlar olacaq. Bu məqsədlə klinik protokollar hazırlanır.   Sfera.az-ın məlumatına görə, bu barədə Səhiy...