"Beşiktaş"da qanalı futbolçu

İdman
14:00 / 17.08.2020
2460
"Beşiktaş" heyətinə yeni futbolçu cəlb edib.
Sfera.az xəbər verir ki, İstanbul təmsilçisi "Kayserispor"dan Bernard Mensahı rənglərinə bağlayıb. "Qara qartallar" 25 yaşlı yarımmüdafiəçini 1 illik icarəyə götürüb. "Ağ-qaralar" qanalı futbolçunu 4,5 milyon avroya transfer etmək hüququna sahibdir.
Mensah ötən mövsüm keçirdiyi 26 oyunda 5 qol vurub, 8 məhsuldar ötürmə edib.