Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin Gürcüstan sahəsində infrastruktur işləri başa çatmaq üzrədir

13:10 / 17.08.2020
1895
Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin Gürcüstan sahəsində infrastruktur işləri aktiv rejimdə davam edir və yekun mərhələyə yaxınlaşır.
Bu barədə Sfera.az-a layihənin Gürcüstan administrasiyasından bildiriblər.
Məlumata əsasən, hazırda quraşdırılmış siqnalizasiya, mərkəzləşdirmə və bloklama sisteminin sınaqları keçirilir.
Qeyd olunur ki, Gürcüstan sahəsində təhlükəsizlik norma və standartlarına uyğunlaşdırma üzrə tədbirlər görülür: "Biz soyuqların düşməsinədək işləri bitirmək üçün maksumum güclə işləyirik".
Qeyd edək ki, dəmiryolunun Gürcüstan sahəsində iritonnajlı konteynerlərin boşaldılması üçün 46 ton yükqaldırma qabiliyyətinə malik kranla təchiz olunmuş mexaniki məntəqə yaradılıb.