“Ordu haqqında yayılan dezinformasiyaların məqsədi dövlət-xalq birliyini zəiflətməkdir” – Deputat

“Ordu haqqında yayılan dezinformasiyaların məqsədi dövlət-xalq birliyini zəiflətməkdir” – Deputat
 

"Dövlətimizə müxtəlif istiqamətlərdən zərbə vurmaq istəyənlərə qarşı hər bir azərbaycanlı daim ayıq-sayıq olmalıdır”.

Bunu "MediaPost”a açıqlamasında deputat Asim Mollazadə deyib.

O bildirib ki, son günlər ordu haqqında yayılan dezinformasiyaların məqsədi dövlət-xalq birliyini zəiflətməkdir:

"Azərbaycan Ordusu bizim qürur yerimizdir, biz imkan verməməliyik ki, ordu haqqında əsassız fikirlər, dezinformasiyalar yayılsın. Unutmaq olmaz ki, dünyanın bütün ölkələri Azərbaycan ilə informasiya müharibəsi aparır. Ona görə hər kəs dediyi hər sözdə ehtiyatlı olmalıdır”.

A. Mollazadənin fikrincə, hər bir azərbaycanlı dövlətini, ordusunu qorumağa çalışmalıdır: 

"Bunu hər bir Azərbaycan vətəndaşı etməlidir, vaxtı ilə orduda xidmət edən, vətənin müdafiəsində iştirak edən şəxslər belə məsələlərdə xüsusilə diqqətli olmalıdırlar. Düşünürəm ki, orduda sağlam mühiti qorumaq, əsassız fikirlərin qarşısını almaq üçün ictimai nəzarət mexanizmi yaradılmalıdır. Xüsusi vurğulamaq lazımdır ki, bu gün Azərbaycan dövlətinə qarşı çox ciddi təxribatlar var. Belə vəziyyətdə birlik göstərməliyik, çünki müharibə həm də informasiya sahəsində gedir. Bu gün Azərbaycana qarşı az qala, bütün dünya informasiya müharibəsi aparır. Onların məqsədi dövləti zəiflətməkdir. Buna görə müxtəlif formalarda dezinformasiyalar yayırlar”. 


OXŞAR XƏBƏRLƏR

Araşdırmaya görə, ən tənha insanların yaşadığı yerlər məlum olub

Yunanıstan və Kiprdəki səmavi mənzərələr və günəş işığının bolluğu insanın belə gözəllikdə həqiqətən xoşbəxt olacağına zəmanət vermir. Bu yerlər özünü tənha his...

Böyük evinin olmasına baxmayaraq 4 ildir maşında yaşayır - FOTO

Çinli proqramçı Zhang Yunlai öz dörd mərtəbəli evinin olmasına baxmayaraq, dörd ildir ki, elektrik avtomobilində yaşayır. Kişi bu seçimi azadlığı və rahatlığı ü...

Niyə bəzi ölkələrdə həbsxanadan qaçmaq cinayət sayılmır?

Həbsxanadan qaçmağın hər yerdə ağır cəzaya səbəb olduğunu düşünürsənsə, yanılırsan. Bəzi ölkələrdə məhbusların qaçmağa cəhdləri tamam fərqli anlayışla qarşılanı...

Ağcabədidə ağır qəza, iki hərbçi həlak oldu- VİDEO

Ağcabədidə baş verən qəzada iki nəfər ölüb.    Sfera.az-ın xəbərinə görə, hadisə rayon ərazisində baş verib.   Belə ki, hərəkətdə ola...

Azərbaycanda ən çox hansı avtomobillər kreditlə alınır?

2024-cü il üzrə Azərbaycanda fiziki şəxslər tərəfindən alınan istehlak kreditləri çərçivəsində avtomobil kreditlərinin strukturu dəyişib, ekoloji cəhətdən daha ...

“Yalı Çapkını”nın andiçmə mərasimi oldu - VİDEO

“Yalı Çapkını”nın Feriti Mert Ramazan Demirim əsgərlikdən görüntüləri yayılıb.   Sfera.az xəbər verir ki, Hatayda ödənişli hərbi xidmətdə...