"Yenidən sərt məhdudlaşmaya gediləcək" - DEPUTAT

 

Son 3-4 gündə ölkədə yoluxanların sayı artma dinamikası iə davam edir. Hətta gündəlik yoluxanların sayı 2 rəqəmlidən 3-ə yüksəlib. Belə ki, avqustun 16-də 112 nəfər koronavirusa yoluxub. Bu artım dinamikası davam edərsə, Azərbaycanda karantin rejimində yenidən sərtləşmə ola bilərmi?

Bununla bağlı KONKRET.az-a danışan deputat Fazil Mustafa bildirib ki, bütün hallarda vəziyyətə uyğun qiymətləndirilmə olur: "Hesab edirəm ki, bu istiqamətdə problemlər davam etsə və artımlar çoxalsa, yenidən məhdudlaşmaya gediləcək. Bu barədə insanları da tam qınamaq olmur. Müəyyən problemləri var. Onları həll etməlidirlər. Amma bütün hallarda təhlükəsizliyə əməl edilməlidir. Vətəndaşlarımız qoyulan qaydaları əməl etmək məcburiyyətindədirlər. Əgər əməl etməsələr belə problemlər artacaqdır. Dövlət vətəndaşları üçün müəyyən yumşalmalara getməyə davam edəcək. Amma görülsə ki, artım çoxalır, bu istiqamətdə hər hansı bir faydalı addımın atılması çətin olacaq. Mütləq qoyulan məhdudiyyətlər artırılacaq. Açılan sahələrində fəaliyyətinin yenidən dayandırılması nəzərdə tutula bilər. Ona görə də vətəndaşlar diqqətli olmalıdır. İnsanlarımız minimum qaydalara əməl etsələr, hər hansı bir təhlükəli vəziyyət yaranmaz”.


OXŞAR XƏBƏRLƏR

Araşdırmaya görə, ən tənha insanların yaşadığı yerlər məlum olub

Yunanıstan və Kiprdəki səmavi mənzərələr və günəş işığının bolluğu insanın belə gözəllikdə həqiqətən xoşbəxt olacağına zəmanət vermir. Bu yerlər özünü tənha his...

Böyük evinin olmasına baxmayaraq 4 ildir maşında yaşayır - FOTO

Çinli proqramçı Zhang Yunlai öz dörd mərtəbəli evinin olmasına baxmayaraq, dörd ildir ki, elektrik avtomobilində yaşayır. Kişi bu seçimi azadlığı və rahatlığı ü...

Niyə bəzi ölkələrdə həbsxanadan qaçmaq cinayət sayılmır?

Həbsxanadan qaçmağın hər yerdə ağır cəzaya səbəb olduğunu düşünürsənsə, yanılırsan. Bəzi ölkələrdə məhbusların qaçmağa cəhdləri tamam fərqli anlayışla qarşılanı...

Ağcabədidə ağır qəza, iki hərbçi həlak oldu- VİDEO

Ağcabədidə baş verən qəzada iki nəfər ölüb.    Sfera.az-ın xəbərinə görə, hadisə rayon ərazisində baş verib.   Belə ki, hərəkətdə ola...

Azərbaycanda ən çox hansı avtomobillər kreditlə alınır?

2024-cü il üzrə Azərbaycanda fiziki şəxslər tərəfindən alınan istehlak kreditləri çərçivəsində avtomobil kreditlərinin strukturu dəyişib, ekoloji cəhətdən daha ...

“Yalı Çapkını”nın andiçmə mərasimi oldu - VİDEO

“Yalı Çapkını”nın Feriti Mert Ramazan Demirim əsgərlikdən görüntüləri yayılıb.   Sfera.az xəbər verir ki, Hatayda ödənişli hərbi xidmətdə...