“Qabları, paltarları yu, ütülə, yemək bişir…” – Xaçaturyan bacıları necə qatilə çevrildi?

Xaçaturyan bacılarının bundan əvvəl dostları ilə ictimailəşdirilməyən yazışmaları dərc olunub.
Sfera.az lenta.ru-ya istinadla xəbər verir ki, "360" telekanalı atalarının qətlində günahlandırılan Xaçaturyan bacılarınındostları ilə əvvəllər yayımlanmayanyazışmalarını əldə edib.
Sözügedən yazışmalarda qızlar ataları evdə olmadığı müddətdə dostları üçün təşkil etdikləri şənlikləri müzakirə edir, həmçinin atalarının kobud davranışından şikayətlənirlər. Yazışmalardan o da məlum olur ki, qızların həmsöhbətləri atalarının onlara ana tərəfdən olan qohumlarla ünsiyyət qurmağı qadağan edirmiş.
Xaçaturyan bacıları dostlarına yazır ki, ataları onları səhər saat yeddidə qalxıb onun yatağına səhər yeməyi gətirməyə məcbur edirdi. İsmarıclardan məlum olur ki, qızlar hər gün səhərdən gecəyə qədər ev işləri ilə məşğul olurmuş.
"Toz al, qabları, paltarları yu, ütülə, yemək bişir (hər gün nəsə hazırlamaq lazımdır), evi silib-süpür və digər xırda-para işlər. Gündə 4-5 dəfə harda oturduğundan asılı olmayaraq, şahənşahın hüzuruna yemək gətir”,- qızlar gündəlik həyatlarını belə təsvir edirdi.
Səs-küylü qətl hadisəsi 2018-ci ilin 27 iyulunda törədilib. İstintaq hesab edir ki, Xaçaturyan bacıları (red. 3 bacı) atalarını Moskvadakı Altufyevsk şosesindəki mənzillərində bıçaqlayaraq öldürüblər. İstintaq sübut edib ki, ata qızları ilə kobud davranırdı və dəfələrlə onları zorlayıb. Əvvəlcə Baş Prokurorluq ittihamın özünümüdafiə kimi dəyişdirilməsini tələb etsə də, ikinci cəhddə ittiham aktını təsdiqləyib.
Selcan
Sfera.az