Azərbaycan-Türkiyə münasibətlərinin hərbi və siyasi əhəmiyyətinin detalları

Azərbaycan-Türkiyə münasibətlərinin hərbi və siyasi əhəmiyyətinin detalları
 

"Rus hərb elmində "dronların nərəsi” ifadəsi var. Biz də bu "nərə”ni Tovuz təxribatına cavab verərkən göstərdik”.

Bunu "MediaPost”a açıqlamasında hərbi ekspert Abuzər Əbilov deyib.

Onun fikrincə, Tovuz hadisələrində Türkiyə Azərbaycana hərbi-siyasi dəstəyini ifadə etməklə dünya hərb tarixinə və dünya geopolitikasına iki ölkə birliyini nümayiş etdirdi:

"Biz tarixi məqama şahidlik etdik, hadisələr təkrarlanır. Türkiyə və Azərbaycanın Sovetlər dönəmindən sonrakı həm hərbi, həm də siyasi aspektdən yaxınlaşması bəlkə bu qədər böyük olmamışdı. Türklər bizim qardaşımızdır, biz eyni millət, iki dövlətik. Bu gün Türkiyə və Azərbaycan hərbi birləşməsi dünyanın hərb tarixinə yenilik gətirir. Türkiyə-Azərbaycan birgə hərbi təlimi ənənəvi təlimlər müstəvisindən çıxıb, qeyri-ənənəvi döyüş üsullarının bugünkü hərb tarixinə gətirilməsidir. İndiyə kimi özümüzə bir hərb taktikasını qəbul elətdirmişdik. Əvvəllər silahı götürüb erməninin üzərinə hücum çəkirdik. Belə halda isə insan itkisinin çox olması qaçılmaz idi. Lakin bu gün Türkiyənin Suriyada apardığı əməliyyatlarda az insan itkisini və texnikanın düşmən üzərindəki qələbəsini görürük. Zərbə və yüksək dəqiqlikli atəş dronlarını nümunə çəkə bilərik. Doğrudur, bu sahədə Azərbaycan Ordusunun az da olsa, təcrübəsi vardı. Çünki Aprel döyüşlərində İsrail dövlətindən əldə etdiyimiz "Zərbə” pilotsuz uçuş aparatlarından istifadə etmişdik. Rus hərb elmində "dronların nərəsi” ifadəsi var. Biz də bu "nərə”ni Tovuz təxribatına cavab verərkən göstərdik”.

A.Əbilovun sözlərinə görə, Türkiyə-Azərbaycan münasibətləri ölkədə türk hərbi bazalarının yaradılması qədər vacib məsələni ortaya çıxarır: 

"Mən əminəm ki, yaxın günlərdə Azərbaycanda Türkiyənin hərbi bazalarının yaradılacağını görəcəyik. Bilmək lazımdır ki, artıq nə türk mehmetciyi, nə türk zabiti, nə də türk bazası bizim üçün xarici deyil. Adi bir nümunə deyim, biz küçəyə çıxanda hansısa mübahisəli mühitə keçəndə ilk olaraq, qardaşımız kömək edir. Türkiyə də bizim qardaşımızdır. Məsələ o deyil ki, türklər Qarabağda döyüşəcək, bizsə yerimizdə oturacağıq. Xeyr. Söhbət hərbi təlimatdan, yeni hərbi texnikalardan, mənəvi dəstəkdən gedir. Mən arzulayıram ki, Azərbaycanda Türkiyənin hərbi bazaları olsun”. 


OXŞAR XƏBƏRLƏR

Araşdırmaya görə, ən tənha insanların yaşadığı yerlər məlum olub

Yunanıstan və Kiprdəki səmavi mənzərələr və günəş işığının bolluğu insanın belə gözəllikdə həqiqətən xoşbəxt olacağına zəmanət vermir. Bu yerlər özünü tənha his...

Böyük evinin olmasına baxmayaraq 4 ildir maşında yaşayır - FOTO

Çinli proqramçı Zhang Yunlai öz dörd mərtəbəli evinin olmasına baxmayaraq, dörd ildir ki, elektrik avtomobilində yaşayır. Kişi bu seçimi azadlığı və rahatlığı ü...

Niyə bəzi ölkələrdə həbsxanadan qaçmaq cinayət sayılmır?

Həbsxanadan qaçmağın hər yerdə ağır cəzaya səbəb olduğunu düşünürsənsə, yanılırsan. Bəzi ölkələrdə məhbusların qaçmağa cəhdləri tamam fərqli anlayışla qarşılanı...

Ağcabədidə ağır qəza, iki hərbçi həlak oldu- VİDEO

Ağcabədidə baş verən qəzada iki nəfər ölüb.    Sfera.az-ın xəbərinə görə, hadisə rayon ərazisində baş verib.   Belə ki, hərəkətdə ola...

Azərbaycanda ən çox hansı avtomobillər kreditlə alınır?

2024-cü il üzrə Azərbaycanda fiziki şəxslər tərəfindən alınan istehlak kreditləri çərçivəsində avtomobil kreditlərinin strukturu dəyişib, ekoloji cəhətdən daha ...

“Yalı Çapkını”nın andiçmə mərasimi oldu - VİDEO

“Yalı Çapkını”nın Feriti Mert Ramazan Demirim əsgərlikdən görüntüləri yayılıb.   Sfera.az xəbər verir ki, Hatayda ödənişli hərbi xidmətdə...