Azərbaycanda reanimasiyada olan koronaviruslu xəstələrin sayı açıqlandı

Cəmiyyət
19:45 / 15.08.2020
9850
Azərbaycanda koronavirusa yoluxmuş xəstələrdən reanimasiya olanların sayı 192 nəfərdir.
Sfera.az xəbər verir ki, bu barədə TƏBİB-in məlumatında bildirilib. Qeyd olunub ki, xəstələrdən 34 nəfəri süni nəfəs cihazına qoşulub.
Qeyd edək ki, bugünədək Azərbaycanda 34 107 nəfər COVID-19-a yoluxub, onlardan 31 697-si sağalıb, 506 nəfəri isə ölüb.