Ata bir hərəkəti ilə azyaşlı övladını xilas etdi - VİDEO

19:15 / 15.08.2020
7199
Çində ata çevik hərəkəti ilə azyaşlı övladının xəsarət almasının qarşısını alıb.
Sfera.az xəbər verir ki, evdə oynayan iki azyaşlı uşaqdan biri divara söykədilmiş böyük aynaya toxunub.
Nəticədə ayna azyaşlı qız uşağının üzərinə aşmağa başlayıb.
Xoşbəxtlikdən hadisənin baş verdiyi yerin yaxınlığında olan ata çevik hərəkəti ilə aynanı əlləri ilə saxlayıb və övladının xəsarət almasına imkan verməyib.
(oxu.az)