Bakıda özünü dənizə atan şəxsin xilasedilmə anları - VİDEO

18:49 / 15.08.2020
5016
Bakıda intihara cəhd hadisəsi baş verib.
Sfera.az "oxu.az"a istinadən xəbər verir ki, hadisə Dənizkənarı Milli Parkda olub.
Belə ki, 1998-ci il təvəllüdlü Mürşüdov Miri Raqif oğlu özünü dənizə atıb.
O, Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.