Sumqayıtda kişini döyüb, kameraya çəkdilər - FOTO-VİDEO

Sumqayıtda kişini döyüb, kameraya çəkdilər - FOTO-VİDEO
 Sumqayıt şəhərində bir qrup şəxsin bir nəfərə qarşı zor tətbiq etməsi və bunu lentə alması barədə sosial şəbəkələrdə yayılan videogörüntülər dərhal Daxili İşlər Nazirliyinin rəhbərliyi tərəfindən nəzarətə götürülüb.

DİN-dən Sfera.az-a verilən məlumata görə, videogörüntülərdə zorakılığa məruz qalanın şəxsiyyəti qısa zamanda müəyyən edilib və onun izahatı alınıb. Abşeron rayon sakini olan həmin şəxs hadisənin Sumqayıt şəhəri Hacı Zeynalabdin Tağıyev qəsəbəsində baş verdiyini bildirib.

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən xuliqanlıq hərəkətlərini törətmiş Sumqayıt şəhər sakinləri Elməddin Babayev, Sərvər Quliyev, Tural Ağayev, Mirzə Mirzəyev, Xalid Abuzərov, Ağsu rayon sakini Vasif Osmanov və Qubadlı rayon sakini Sərvər İmanov saxlanılaraq istintaqa cəlb olunublar.

Faktla bağlı Sumqayıt Şəhər Polis İdarəsində Cinayət Məcəlləsinin 221.3 (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanılıb.

Hadisədə iştirak etmiş digər şəxslərin də müəyyən edilərək tutulmaları üçün zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.



OXŞAR XƏBƏRLƏR

Araşdırmaya görə, ən tənha insanların yaşadığı yerlər məlum olub

Yunanıstan və Kiprdəki səmavi mənzərələr və günəş işığının bolluğu insanın belə gözəllikdə həqiqətən xoşbəxt olacağına zəmanət vermir. Bu yerlər özünü tənha his...

Böyük evinin olmasına baxmayaraq 4 ildir maşında yaşayır - FOTO

Çinli proqramçı Zhang Yunlai öz dörd mərtəbəli evinin olmasına baxmayaraq, dörd ildir ki, elektrik avtomobilində yaşayır. Kişi bu seçimi azadlığı və rahatlığı ü...

Niyə bəzi ölkələrdə həbsxanadan qaçmaq cinayət sayılmır?

Həbsxanadan qaçmağın hər yerdə ağır cəzaya səbəb olduğunu düşünürsənsə, yanılırsan. Bəzi ölkələrdə məhbusların qaçmağa cəhdləri tamam fərqli anlayışla qarşılanı...

Ağcabədidə ağır qəza, iki hərbçi həlak oldu- VİDEO

Ağcabədidə baş verən qəzada iki nəfər ölüb.    Sfera.az-ın xəbərinə görə, hadisə rayon ərazisində baş verib.   Belə ki, hərəkətdə ola...

Azərbaycanda ən çox hansı avtomobillər kreditlə alınır?

2024-cü il üzrə Azərbaycanda fiziki şəxslər tərəfindən alınan istehlak kreditləri çərçivəsində avtomobil kreditlərinin strukturu dəyişib, ekoloji cəhətdən daha ...

“Yalı Çapkını”nın andiçmə mərasimi oldu - VİDEO

“Yalı Çapkını”nın Feriti Mert Ramazan Demirim əsgərlikdən görüntüləri yayılıb.   Sfera.az xəbər verir ki, Hatayda ödənişli hərbi xidmətdə...