"Videoformatlı qəbullar davam etməkdədir” - Millət vəkili Şahin Seyidzadə

Cəmiyyət
16:32 / 14.08.2020
1683
"50 saylı Abşeron-Qobustan seçki dairəsindən olan müraciətlər əsasında videoformatlı qəbullar davam etməkdədir”.
Sfera.az xəbər verir ki, bu haqda millət vəkili Şahin Seyidzadə məlumat verib:
"Bu gün Abşeron (Saray qəsəbəsi) və Qobustan rayonlarından (Cəmcəmli, Poladlı, Təklə, Təsi və Xilmilli kəndləri) məşğulluq, infrastruktur, sosialtəminat, hüquq kimi sahələr üzrə 7 seçicimizlə videoqəbul keçirdik. Səsləndirilən bütün müraciətlər barədə məlumatlar emal edilərək icra prosesinin növbəti addımları tərtib edilməkdədir”.