Azərbaycanda koronavirus bu tarixdə tam bitəcək - AÇIQLAMA

Azərbaycanda koronavirus bu tarixdə tam bitəcək - AÇIQLAMA
 

"Bu ilin sonunda koronavirus pandemiyası bitəcək”.

Bunu KONKRET.az-a koronavirusun bitmə tarixini açıqlayan professor Adil Qeybulla söyləyib.

Adil Qeybulla bildirib ki, birinci yekunlaşdıqdan sonra ikinci dalğa başlaya bilər: "Yəni yoluxanların sayı minumuma düşdükdən sonra yenidən yüksəlir. Bilirsiniz ki, bizdə birinci dalğa sönə bilmədi. Karantin rejimi yumşaldıqdan sonra davranışlardakı pozulmalar yeni bir yoluxmaya təkan verdi və yeni infeksiya yarandı. Nəticədə də birinci dalğa sönməyərək bu günə kimi davam edir. Əgər xəstəliyə yoluxanlar tək-tük olsa və birdən alovlanma başlasa, bu, ikinci dalğa hesab oluna bilər. İkinci dalğa başlasa belə onun intensiv və ağır olması gözlənilmir. Çünki virus mutasiyaya uğrayaraq zəyifləyib. Mən düşünürəm ki, bu ilin sonuna koronavirus pandemiyası bitəcək. Amma insanların davranışlarından da çox şey asılıdır. Bu baxımdan qapalı məkanlarda karantin qaydalarına əməl edilməsi ciddi nəzarət altında olmalıdır. Bu məsələ əksər yerlərdə başlı-başına buraxılıb. Marketə girəndə görürsən ki, biri maskanı çənəsinə taxıb, digəri isə burnu açıq gəzir. Qapalı məkanlarda kondisioner işləyən yerdə buna çox ciddi diqqət edilməlidir”.


OXŞAR XƏBƏRLƏR

Qətlə yetirilən qardaşların cənazəsi dəfn üçün Ağcabədiyə gətirildi

Rusiyanın Yekaterinburq şəhərində qətlə yetirilən qardaşlar Ziyəddin və Hüseyn Səfərovların cənazəsi dəfn üçün səhər saatlarında Ağcabədiyə gətirilib.  ...

Azərbaycanda karantin rejiminin uzadılması qərarı qüvvəyə minib - BU GÜNDƏN

Bu gündən Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması ilə bağlı yeni qərar qüvvəyə minib.   Sfera.az xəbər verir ki, Baş na...

İlon Mask ölkədə yeni siyasi partiya yaratmağa çağırıb

Amerikalı milyarder İlon Mask ABŞ prezidenti Donald Trampın hökumət xərclərinin azaldılması ilə bağlı qanun layihəsini tənqid etdiyini təkrarlayaraq ölkədə yeni...

"Onları vəhşicəsinə döyərək evdən çıxarıblar...” - VİDEO

“Onlara o qədər işgəncə verilib ki, bu, insanlığa sığmayan bir hərəkətdir”.   Sfera.az xəbər verir ki, bunu Yekaterinburqda hüquq-mühafiz...

Bu tarixdə görüşəcəklər

İsrailin Baş naziri Benyamin Netanyahu yaxın günlərdə Vaşinqtona səfər edəcək və iyulun 7-də Ağ Evdə ABŞ Prezidenti Donald Trampla danışıqlar aparacaq.  ...

"Torba-torba pul paylayırdım" - Əməkdar artist görün nələr danışdı

"Azərbaycana şounu mən gətirmişəm. İlk şou-proqramı mən yaratmışam və ilk şoumeni mənəm".   Sfera.az xəbər verir ki, bu sözləri Əməkdar art...