Sabah hava necə olacaq ?

Sabah hava necə olacaq ?
 

15 avqustda gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a verilən məlumata görə, 15 avqustda Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, günün birinci yarısında bəzi yerlərdə yağış yağacağı gözlənilir. Arabir güclənən şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 21-23, gündüz 24-26, Bakıda gecə 21-23, gündüz 24-26 dərəcə isti olacaq. Atmosfer təzyiqi 755 mm civə sütunundan 759 mm civə sütununa yüksələcək, nisbi rütubət 65-75 faiz təşkil edəcək.
Abşeron çimərliklərində arabir güclənən şimal-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 22-23, Türkan, Hövsan, Sahil, Şıxda isə 23-24 dərəcə isti olacaq.

15 avqustda Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Səhər dağlarda duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

 

Havanın temperaturu gecə 18-23, gündüz 27-32, dağlarda gecə 10-15, gündüz 15-19 dərəcə isti olacaq.

Avqustun 15-də Abşeron yarımadasında güclənən xəzri küləyi fonunda iqlim normasına yaxın temperatur şəraiti gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.


OXŞAR XƏBƏRLƏR

Fərid Şahbazlı: “Bakı və Tehran qarşılıqlı etimada əsaslanan siyasət nümayiş etdirdi”

“İran Prezidenti Məsud Pezeşkiyanın Azərbaycana rəsmi səfəri Azərbaycan–İran münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi üçün real ...

Prezidentin yük maşınını idarə etdiyi anın - VİDEOSU

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev bu gün Sumqayıt Kimya Sənaye Parkında “Az-Tex-İmport” MMC-nin “IVECO” markalı yük və xüsus...

Dubayda minlərlə lüks avtomobilin tərk edilməsinin səbəbləri - FOTOLAR

Lamborghini, Ferrari, Bentley... Hamısı Dubay küçələrində toz yığmaq üçün qalıb. Bir çoxumuz bu şəhəri dəbdəbə və əzəmətlə əlaqələndirsək də, superkarların çürü...

Pakistan 24-36 saat ərzində Hindistanın hücumu barədə xəbərdarlıq etdi

Pakistanın informasiya naziri Attaulah Tarar Hindistanın yaxın bir-iki gün ərzində ölkəsinə hücum edəcəyini bildirib. Məlumatı Pakistan kəşfiyyatı verib. Eyni z...

Bir şəkildəki 3 dostun acı taleyi: Hamısının ölümü eyni faciə ilə oldu

2025-ci ilin, aprelin 28-də Bakının Xəzər rayonu, Binə qəsəbəsində "AzSamand" markalı avtomobil idarəetməni itirərək idman zalına çırpılıb. Nətic...

Vergi ödəyicilərinin əmlakları hərraca çıxarılır

Bir sıra vergi ödəyicilərinin daşınar və daşınmaz əmlakları hərracda satışa çıxarılacaq.   Əmlak Məsələləri Dövlət Xidmətindən Sfera.az-a verilən məl...