Bakıda taksi sürücüsü baş redaktoru baltalamaq istədi - ANBAAN VİDEO

Bakıda taksi sürücüsü baş redaktoru baltalamaq istədi - ANBAAN VİDEO
 Bakıda "9933" taksi şirkətinin sürücüsü "Vətəninfo.az" saytının baş redaktoru Nahid Canbaxışlını baltalamağa cəhd edib.

Bu barədə N.Canbaxışlı özü məlumat verib.

Sfera.az demokrat.az-a istinadən bildirir ki, dünən saat 20:07-də sifariş etdiyi "9933" taksi şirkətinin əməkdaşı (Opel Astra - 33-BG-034) tərəfindən 20:59-da hücuma məruz qalıb:

"Taksi sürücüsü məni Binə qəsəbəsində evə gətirdi. Hər dəfə taksi sifariş edəndə əsas yoldan 1 km 500 metr içəriyə həyət evlərinə olan hissəni də qeyd etdirirəm.

Bu dəfə də elə etdim. Amma sürücü evin qarşısında daha çox pul tələb etdi və əlavə 1 kilometr 500 metr olan hissənin şirkət tərəfindən qeyd edilmədiyini bildirdi.

Belə olduqda mən şirkətlə əlaqə saxladım və telefonu səsliyə alaraq sifarişimdə 1 kilometr 500 metr məsafənin qeyd olunub-olunmadığını soruşdum.

Sürücüyə birbaşa şirkət operatoru bildirdi ki, sərnişinin mənzil başına kimi, yəni əlavə olmaqla sifariş verib və yol xərci ümumilikdə 8.87 AZN təşkil edir.

Sürücü hətta şirkətin operatoruna belə məhəl qoymayaraq əlavə vəsait tələb etdi. Məhəllədə evin qarşısında enib müəyyən olunan pulu sürücüyə verdim.

Bundan sonra başladı söyüş və təhqirlə danışmağa. Ona tərbiyəli olmasını və problemini təmsil etdiyi şirkətlə həll etməsini bildirdim.

Bu arada aramızda mübahisə düşən zaman maşının "baqaj"ın açaraq üzərimə balta ilə gəlməyə başladı. Hadisə evin qarşısındakı kameralara düşüb. Sabah şirkətə gedəcəm və bundan sonra da Baş Prokrorluğa şikayət edəcəm".
 


OXŞAR XƏBƏRLƏR

“Whatsapp” DƏLƏDUZLARI – Məlumatlarınız belə ƏLƏ KEÇİRİLİR

Sosial şəbəkələrdə yeni hakkerlər peyda olub. İnsanlardan pul tələb edərək güya əlaqə nömrəsi ilə istənilən şəxsin Whatsappını 1 aylıq izləyə bilirlər...

Mayora hücum edən idmançıların həbsi uzandı

Dövlət Sərhəd Xidmətinin (DSX) mayoru, kikboksinq üzrə Əməkdar məşqçi Fuad Zeynalova hücum ittihamı ilə həbs edilən kikboksçuların həbs müddəti yenidə...

“Trendyol” dəyəri yüksək olan sifarişləri pulsuz çatdıracaq - Məbləğ açıqlandı

Türkiyənin aparıcı e-ticarət platforması olan "Trendyol" 50 manat və ondan yuxarı məbləğdə olan sifarişlər üçün Azərbaycana çatdırılma xərclərini ləğv...

127 taksi sürücüsü imtahandan kəsildi

Aprelin 30-da Dövlət İmtahan Mərkəzi (DİM) xüsusi hazırlıq keçmiş taksi minik avtomobili sürücüləri üçün növbəti test imtahanı təşkil edib.   DİM-dən...

85 minə yaxın uşaq 1-ci sinfə yerləşdirilib - MÜTDA

Azərbaycan bölməsi üzrə ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarında təhsil alan 85 minə yaxın uşaq avtomatik olaraq 1-ci sinfə yerləşdirilib. &n...

Günayın bu sürprizi Zauru təəccübləndirdi - VİDEO

Teleaparıcı Günay Baxşəliyeva efirdə həyat yoldaşına sürpriz edib.   Sfera.az xəbər verir ki, o, Zaur Baxşəliyevi təəccübləndirib.  ...