“15 yaşlı qızı hamilə buraxan müəllimə 1 il iş kəsildi”

“15 yaşlı qızı hamilə buraxan müəllimə 1 il iş kəsildi”
 

Lerikdə 15 yaşlı qızla cinsi əlaqədə olan və onu hamilə buraxan şəxslə bağlı məhkəmə qərar verib.  Bu işdə təqsirləndirilən məktəb müəllimi, 60 yaşlı Məmmədov Şəfahət 1 il azadlıqadan məhrum edilib.

Sfera.az  xəbər verir ki, bu barədə "Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova məlumat paylaşıb.

"15 yaşında düşüncəsi zəif olan uşağı məktəb müəllimi, 60 yaşlı Məmmədov Şəfahət münasibətə girərək hamilə qoyub. Müəllimə bu gün Lerik Rayon Məhkəməsində hakim Atabəy Kiçikbəyov tərəfindən cəmi 1 il iş kəsilib. Bu uşaq aylardır gözümüzün önündədir, hamilə olduğunu belə dərk etmir. Sual veririk, bu nə qərardır, bu nə ədalətsizlikdir?! Bəs, bu uşağın gələcəyi necə olacaq?! O, özü anlamır heç nəyi, bəs bizdəmi başa düşmürük ya bizim qız övladlarımız yoxdurmu?!

 

Tək sözlə bunu deyirik, sonu nə olur olsun, bu uşağı müdafiə edəcəyik və bu haqsız qərarla bağı bütün qurumları tək-tək məlumatlandırıb ciddi ölçü götürülməsini tələb edəcəyik!", - deyə M.Zeynalova statusunda qeyd edib.

Qeyd edək ki, Ş.Məmmədov rayonun Kirəvud kəndində rus dili müəllimi işləyib. Zərərçəkmiş isə həmin məktəbdə təhsil alıb.


OXŞAR XƏBƏRLƏR

İsmayıllıda FACİƏ: 25 gün əvvəl doğulan körpə ölü tapıldı

İsmayıllıda körpə müəmmalı şəkildə ölüb.   Sfera.az bildirir ki, hadisə Qaraqaya kəndində qeydə alınıb.   25 gün əvvəl Bakı şəhərindəki xə...

Üç prokurorluq əməkdaşı vəzifədən azad olunub

Bakı şəhər prokurorluq orqanlarının 3 əməkdaşı intizam tənbeh tədbiri qismində tutduqları vəzifədən azad olunub.   Sfera.az xəbər verir ki, bu haqda ...

"Yalı çapkını"ndan sonra bu serialda rol alacaq -FOTO

Türkiyəli aktrisa Beril Pozamın yeni işi bəlli olub.   Sfera.az xəbər verir ki, aktrisa "Kıskanmak" serialında rol alacaq. O, ekran iş...

1 yaşlı qızını amansızlıqla öldürən ataya AĞIR CƏZA VERİLDİ

Bakıda bir yaşlı qızını amansızlıqla öldürməkdə təqsirləndirilən Valeriy Tolmaçevin cinayət işinin məhkəmə istintaqı yekunlaşıb.   Sfera.az xəbər verir...

DTX-nin saxladığı Talışxanovun məhkəməsi başladı

Dövlət əleyhinə açıq çağırışlar etməkdə təqsirləndirilən Mirədalət Talışxanovun barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə mə...

Ərdoğan Suriya rəhbəri ilə telefon danışığı aparıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Suriya lideri Əhməd Əl Şaraa ilə telefon danışığı aparıb.   Sfera.az APA-ya istinadən xəbər verir ki, bu barə...