Şəxsiyyət vəsiqəsilə Türkiyəyə… - Mövlud Çavuşoğlunun təklifinə reaksiyalar

Şəxsiyyət vəsiqəsilə Türkiyəyə… - Mövlud Çavuşoğlunun təklifinə reaksiyalar

"Bu ancaq kiçik həcmli biometrik şəxsiyyət vəsiqələrilə mümkün ola bilər”.


Bu sözləri Sfera.az-a açıqlamasında Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlunun Türkiyə və Azərbaycan vətəndaşlarının qarşılıqlı ziyarətlərdə şəxsiyyət vəsiqəsilə səyahətin mümkünlüyü təklifinə münasibət bildirərkən hüquqşünas Fərhad Mehdiyev deyib:

 

"Türkiyə Xarici İşlər nazirinin nəzərdə tutduğu şəxsiyyət vəsiqələri Avropa İttifaqı ölkələri arasında mövcud olan biometrik şəxsiyyət vəsiqələri kimidir. Biometrik olduğundan onlardan istifadə etmək mümkündür. Əslində Çavuşoğlunun təklifinin reallaşması texniki məsələdir. Hazırda çoxsaylı Azərbaycan vətəndaşının xarici pasportları var, belə sənədə malik olmayanların sayı çox azdır. Bu sənəd vasitəsilə də gedib-gəlmək mümkündür”.

 

Həmsöhbətimizin fikrincə bununla belə şəxsiyyət vəsiqələrilə Türkiyə və Azərbaycan vətəndaşları arasında gediş-gəlişin həyata keçirilməsinin simvolik tərəfi var:

 

"Belə ki, iki qardaş ölkə arasında inteqrasiya mərhələsi yüksək səviyyədə olduğundan artıq şəxsiyyət vəsiqələrilə gedib-gəlmək mümkündür. Düşünmürəm ki, şəxsiyyət vəsiqələrilə səyahətə imkan verilməsinin yaradacağı hər hansı bir texniki çətinlik olsun. Bir çox insanın xarici pasportu olduğundan rahat gedib gələ bilir. Başqa bir tərəfdən,şəxsiyyət vəsiqələrilə gedib-gəlməyə imkan verilməsi sərhəd bölgəsində yaşayan, məsələn Naxçıvan əhalisi üçün rahatlıq yaradar. Fikrimcə, Mövlud Çavuşoğlu şəxsiyyət vəsiqələrilə səyahətə icazə verilməsini sırf simvolik mənada deyib. Kiçik həcmli biometrik şəxsiyyət vəsiqələrilə bu addımın atılması mümkündür. Amma köhnə tipli böyük şəxsiyyət vəsiqələrilə mümkünsüzdür”.

 

"Prinsipcə mümkündür”.


Bu fikirləri isə sayta açıqlamasında Milli Məclisin deputatı Asim Mollazadə söyləyib:

 

"Prinsipcə bu addımın atılması mümkündür. Çünki yeni formatda şəxsiyyət vəsiqələri müasir məlumatlarla tam əhatə olunub. Ona görə də şəxsiyyət vəsiqələrilə səyahəti mümkün hesab edirəm. Necə ki, Türkiyə ən yaxın qonşuları Ukrayna və Gürcüstanla anoloji addımı atıb, Azərbaycanla da bu istiqamətdə addım atılmalıdır. Azərbaycanda da artıq yeni biometrik şəxsiyyət vəsiqələri verilir. Burada sadəcə bəzi texniki maneələr aradan qaldırılılmalıdır. Azərbaycan Türkiyə münasibətləri ən yüksək səviyyədə təmin edilməlidir”.


Elçin

Sfera.az


OXŞAR XƏBƏRLƏR

May ayında 11 günİŞ OLMAYACAQ

2025-ci il üçün iş vaxtı norması və istehsalat təqviminə əsasən may ayında xüsusi günlərə görə 2 gün qeyri-iş günü olacaq.   Sfera.az xəbər veri...

“Whatsapp” DƏLƏDUZLARI – Məlumatlarınız belə ƏLƏ KEÇİRİLİR

Sosial şəbəkələrdə yeni hakkerlər peyda olub. İnsanlardan pul tələb edərək güya əlaqə nömrəsi ilə istənilən şəxsin Whatsappını 1 aylıq izləyə bilirlər...

Mayora hücum edən idmançıların həbsi uzandı

Dövlət Sərhəd Xidmətinin (DSX) mayoru, kikboksinq üzrə Əməkdar məşqçi Fuad Zeynalova hücum ittihamı ilə həbs edilən kikboksçuların həbs müddəti yenidə...

“Trendyol” dəyəri yüksək olan sifarişləri pulsuz çatdıracaq - Məbləğ açıqlandı

Türkiyənin aparıcı e-ticarət platforması olan "Trendyol" 50 manat və ondan yuxarı məbləğdə olan sifarişlər üçün Azərbaycana çatdırılma xərclərini ləğv...

127 taksi sürücüsü imtahandan kəsildi

Aprelin 30-da Dövlət İmtahan Mərkəzi (DİM) xüsusi hazırlıq keçmiş taksi minik avtomobili sürücüləri üçün növbəti test imtahanı təşkil edib.   DİM-dən...

85 minə yaxın uşaq 1-ci sinfə yerləşdirilib - MÜTDA

Azərbaycan bölməsi üzrə ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarında təhsil alan 85 minə yaxın uşaq avtomatik olaraq 1-ci sinfə yerləşdirilib. &n...