DİM imtahan verəcək abituriyentlərə müraciət etdi

DİM imtahan verəcək abituriyentlərə müraciət etdi
 

Dövlət İmtahan Mərkəzi 13 və ya 14 avqust tarixlərində keçiriləcək imtahanlarda iştirak edən abituriyentlərə müraciət edib.

Mərkəzdən Sfera.az-a verilən məlumata görə, 13-14 avqust 2020-ci il tarixlərində cari və əvvəlki illərin məzunları üçün II və III ixtisas qrupları üzrə qəbul imtahanları, I və IV ixtisas qrupları üzrə ali təhsili müəssisələrinin müsabiqəsində buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək istəyənlər üçün əlavə xarici dil imtahanı və qəbul imtahanını buraxılış imtahanında verdiyi dildən fərqli dil üzrə vermək istəyənlər üçün əlavə imtahan (Azərbaycan və ya rus dili) da keçiriləcək. Abituriyentlər DİM-in saytından "İmtahana buraxılış vərəqəsi”ni çap etməlidirlər.

12 avqust saat 11:45-ə olan məlumata əsasən 2800-ə yaxın abituriyent "İmtahana buraxılış vərəqəsi”ni çap etməyib.

"İmtahana buraxılış vərəqəsi”ndə imtahan keçiriləcək yer (bina), imtahanın başlanma saatı, abituriyentin imtahan binasında olma vaxtı və s. zəruri məlumatlar göstərilir.

 

İştirakçılar imtahana gələrkən şəxsiyyəti təsdiq edən sənəd və "İmtahana buraxılış vərəqəsi” ilə yanaşı "İmtahan iştirakçısının sağlamlığı haqqında bəyannamə”ni də çap edib özləri ilə gətirməlidirlər.

"İmtahan iştirakçısının sağlamlığı haqqında bəyannamə” DİM-in saytında "İmtahana buraxılış vərəqəsi” ilə bir yerdə çap olunur və abituriyentin özü tərəfindən imzalanır.


OXŞAR XƏBƏRLƏR

İlham Əliyev Fərman imzaladı

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Dövlət Təhlükəsizliyi Xidməti (DTX) ilə bağlı Fərman imzalayıb.   Sfera.az xəbər verir ki, Fərma...

May ayında 11 gün İŞ OLMAYACAQ

2025-ci il üçün iş vaxtı norması və istehsalat təqviminə əsasən may ayında xüsusi günlərə görə 2 gün qeyri-iş günü olacaq.   Sfera.az xəbər veri...

“Whatsapp” DƏLƏDUZLARI – Məlumatlarınız belə ƏLƏ KEÇİRİLİR

Sosial şəbəkələrdə yeni hakkerlər peyda olub. İnsanlardan pul tələb edərək güya əlaqə nömrəsi ilə istənilən şəxsin Whatsappını 1 aylıq izləyə bilirlər...

Mayora hücum edən idmançıların həbsi uzandı

Dövlət Sərhəd Xidmətinin (DSX) mayoru, kikboksinq üzrə Əməkdar məşqçi Fuad Zeynalova hücum ittihamı ilə həbs edilən kikboksçuların həbs müddəti yenidə...

“Trendyol” dəyəri yüksək olan sifarişləri pulsuz çatdıracaq - Məbləğ açıqlandı

Türkiyənin aparıcı e-ticarət platforması olan "Trendyol" 50 manat və ondan yuxarı məbləğdə olan sifarişlər üçün Azərbaycana çatdırılma xərclərini ləğv...

127 taksi sürücüsü imtahandan kəsildi

Aprelin 30-da Dövlət İmtahan Mərkəzi (DİM) xüsusi hazırlıq keçmiş taksi minik avtomobili sürücüləri üçün növbəti test imtahanı təşkil edib.   DİM-dən...