Neftin və dolların bu günə qiyməti

Neftin və dolların bu günə qiyməti

Həftənin əvvəlində müşahidə olunan ucuzlaşmadan sonra dünya birjalarında neftin qiyməti nisbətən bahalaşmağa başlayıb. Sfera.az anspress-ə istinadən xəbər verir ki, bu bahalaşmadan sonra dünya bazarlarında "Brent" markalı neftin bir barelinin qiyməti 40.12 dollar təşkil edib.

"WTI" markalı neftin qiymətində də bahalaşma qeydə alınıb. "Texas" markalı neftin bir barelinin qiyməti hazırda 38.15 dollar müəyyən olunub.

Keçirilən ən son hərraclarda "AzəriLayt" markalı neftin bir barrelinin qiyməti isə 0,31 dollar ucuzlaşaraq 38,55 dollar təşkil edib.

Dünya bazarında 07.04.16 tarixində neftin qiyməti
Əlvan metalların qiymətində cüzi ucuzlaşma müşahidə edilib. "Bloomberg"in məlumatına görə, qızılın 1 qramı bir qədər ucuzlaşaraq 39,43 dollar olub. Platinin 1 qramı 30,52 dollar, palladiumun 1 qramı isə 17,50 dollar olub. Gümüşün qiyməti cüzi ucuzlaşma ilə 1 qram üçün 0,48 dollar müəyyənləşib.

Dünya bazarında 07.04.16 tarixində əlvan metalların qiyməti
AMB-dən verilən məlumata görə, 06.04.2016-cı il tarixi üçün USD/AZN rəsmi məzənnəsi 1,5165 səviyyəsində müəyyən olunub. Avronun məzənnəsində cüzi bahalaşma qeydə alınıb. Avro 1.7246 manat, Rusiya rublu isə ucuzlaşaraq 0.0221 manat olub. Həmçinin 1 ingilis funt-sterlinqi bahalaşaraq 2.148 AZN olub, 1 türk lirəsinin qiyməti isə 0.5361 AZN dəyərində müəyyənləşib.

Valyutanın məzənnəsi
Azərbaycan Mərkəzi Bankından verilən məlumata görə, 07.04.2016-cı il tarixinə USD/AZN rəsmi məzənnəsi stabil qalaraq 1,5193 səviyyəsində müəyyən olunub.


OXŞAR XƏBƏRLƏR

Xankəndidə Ərdoğanla Şahbaz Şərif arasındaGÖRÜŞ

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Pakistan Baş naziri Şahbaz Şərif Xankəndidə görüşüb.   Sfera.az xəbər verir ki, görüş İqtisadi Əməkdaş...

Bakıda daha bir yol hər an ÇÖKƏ BİLƏR - VİDEO

Bakıda daha bir yolun çökmək təhlükəsi var.   Sfera.az xəbər verir ki, bu barədə sosial şəbəkədə video yayılıb.   Görüntülər Bakının ...

Vətəndaş Ədliyyə Nazirliyindən şikayətçidir - TƏFƏRRÜATLAR

Ədliyyə Nazirliyinin icra şöbələrində yüksək vəzifəli şəxslərin şəxsi əlaqələrindən sui‑istifadə hallarına rast gəlinib.   Sfera.az-a daxil olan şika...

Qırğızıstan Prezidentinin Azərbaycana səfəri başa çatdı

Qırğız Respublikasının Prezidenti Sadır Japarovun Azərbaycan Respublikasına səfəri iyulun 4-də başa çatıb.   Sfera.az xəbər verir ki, Füzuli Bey...

Azərbaycan və Özbəkistan arasında müttəfiqlik münasibətləri çərçivəsində çoxşaxəli əməkdaşlıq dərinləşir

İyulun 2-də Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Azərbaycana səfəri Azərbaycan-Özbəkistan münasibətlərinin daha da dərinləşdiyinin bariz nümunəsidir. ...

“Barselona” “İnter”in üzvünü TRANSFER EDİR

"İnter"in müdafiəçisi Denzel Dumfris karyerasını İspaniyada davam etdirə bilər.    Sfera.az xəbər verir ki, niderlandlı müdafiəçi...