Təhsil Nazirliyi açıqladı: Sabahdan etibarən...

Təhsil Nazirliyi  açıqladı: Sabahdan etibarən...
 Avqustun 12-də "Virtual məktəb”də müəllimlər üçün kurikulum üzrə növbəti sınaq imtahanına start veriləcək.
 
Təhsil Nazirliyindən Sfera.az -a bildirilib ki, sınaq imtahanlarının keçid linkləri qeyd olunan tarixdən etibarən 10 gün müddətində "Virtual məktəb”in müəllim region qruplarında aktiv olacaq. Qeyd edək ki, sınaq imtahanı "Virtual məktəb”də Azərbaycan və rus bölmələri üzrə müəllimlər üçün keçirilən "Kurikulumun tədrisi üzrə vebinarlar”dakı mövzuları əhatə edir. Vebinarların keçirilməsində məqsəd müəllimlərə işə qəbul, sertifikasiya və diaqnostik qiymətləndirmə üzrə aparılacaq imtahanlara hazırlığa dəstək göstərməkdir. İlk dəfə 14-24 iyul tarixlərində təşkil olunan sınaq imtahanlarında 5926 nəfər Azərbaycan bölməsi, 1583 nəfər rus bölməsi olmaqla ümumilikdə 7509 müəllim iştirak edib. Nəticələrə əsasən, iştirakçıların 87 faizi 15-dən çox suala düzgün cavab verərək sınaq imtahanından uğurla keçiblər. 68 nəfər isə təqdim olunan bütün sualları düzgün cavablandırıb.

OXŞAR XƏBƏRLƏR

Rusiyada daha bir azərbaycanlının həbs müddəti uzadıldı

Yekaterinburq məhkəməsi iyunun 27-də saxlanılan daha bir azərbaycanlı barəsində qərar çıxarıb.   Sfera.az xəbər verir ki, məhkəmə Əhliman Gənciyevin ...

Attestasiya imtahanından keçməyən müəllimlərə ŞAD XƏBƏR

Attestasiya imtahanından keçməyən bəzi müəllimlərin aqibətinə aydınlıq gətirilib.   Bu barədə mədəniyyət nazirinin müşaviri Cəsarət Valehov jurnalist...

Xaçmazda yeniyetmə anasını qətlə yetirdi

Xaçmaz rayonunun Qadaş oba kəndində qətl hadisəsi baş verib.   Sfera.az xəbər verir ki, yeniyetmə oğlan anası 1982-ci il təvəllüdlü Lətifova Kifayət ...

Əliyev və Zelenski razılaşdı: Yaxın zamanda...

Azərbaycan və Ukrayna prezidentləri İlham Əliyev və Vladimir Zelenski tezliklə Bakıda Hökumətlərarası Komissiyanın iclasının keçirilməsi barədə razılıq əldə edi...

Sabah Bakının bu ərazisində işıq olmayacaq - XƏBƏRDARLIQ

Biləcəri Enerji Təchizatı və Satışı İdarəsinin (ETSİ) ərazisində 6 kV-luq hava xətlərində yenidənqurma və təmir-bərpa işlərinin aparılması ilə əlaqədar iyulun 2...

Özbəkistan Prezidenti Azərbaycana dövlət səfəri edəcək

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev azərbaycanlı həmkarı İlham Əliyevin dəvəti ilə 2-4 iyul tarixlərində Azərbaycana gələcək.   Sfera.az xəbər ve...