Azərbaycanlı general-leytenant vəfat etdi - FOTO

Azərbaycanlı general-leytenant vəfat etdi - FOTO
 

Azərbaycan Ordusuna ağır itki üz verib. General-leytenant Məmmədov Fuad Nadir oğlu 2020-ci il avqust ayının 10-da ürək çatışmazlığından vəfat edib.

Bu barədə Sfera.az-a Müdafiə Nazirliyindən bildirilib.

F.Məmmədov 1968-ci il yanvarın 31-də Bakı şəhərində anadan olub.

1985-ci ildə Cəmşid Naxçıvanski adına Hərbi Liseyi bitirib. 1990-cı ildə Riqa Ali Hərbi Aviasiya Mühəndislər məktəbini bitirib və həmin ildən 1992-ci ilədək Zaqafqaziya Hərbi Dairəsində xidmətini davam etdirib.

Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edib.

1992-ci ildən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrində qrup rəhbəri, eskadrilya komandirinin müavini, baş mühəndis, Hərbi Hava Qüvvələri Komandanının MTT üzrə müavini vəzifələrində xidmət edib.

2015-ci il avqustun 20-dən 2020-ci il iyulun 8-dək Müdafiə nazirinin maddi-texniki təminat üzrə müavini – Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi vəzifəsində xidmət edib.

Xidmətini layiqincə yerinə yetirdiyinə görə dəfələrlə müxtəlif mükafatlara və medallara layiq görülüb. Azərbaycan Respublikasının Silahlı Qüvvələri və müharibə veteranı idi.

F.Məmmədovun ölümü ilə bağlı Müdafiə naziri general-polkovnik Zakir Həsənov, Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov, general-polkovnik Kərəm Mustafayev, general-leytenant Kərim Vəliyev, general-leytenant Ramiz Tahirov və general-leytenant Nizam Osmanov nekroloq imzalayıb. Nekroloqda qeyd olunub ki,general-leytenant Məmmədov Fuad Nadir oğlunun əziz xatirəsi Azərbaycan Ordusunun şəxsi heyətinin və onu tanıyanların qəlbində həmişə yaşayacaq.

Allah rəhmət eləsin!


OXŞAR XƏBƏRLƏR

Əkrəm İmamoğluna görə daha 18 nəfər həbs edildi

İstanbul Böyükşəhər Bələdiyyəsinə (İBB) qarşı aparılan “korrupsiya” və “rüşvətxorluq” istintaqı çərçivəsində daha 18 nəfər həbs edilib.&...

Tramp:"Çin 145% gömrük rüsumu tətbiq edəcək"

ABŞ Prezidenti Donald Tramp hesab edir ki, Çin Vaşinqtona 145%-lik gömrük rüsumları tətbiq etməyə layiqdir.    Sfera.az xəbər verir ki, o, bu fi...

Saatlıq iş rejiminə keçid maaşlara təsir edəcək? - VİDEO

Növbəti illərdə Azərbaycanda saatlıq əməkhaqqı sisteminə keçid gözlənilir. Bununla bağlı Əmək Məcəlləsində dəyşiklik üçün təkliflər hazırlanıb.   Sfe...

İstanbul birjasında manipulyasiya etdilər - 15 nəfər həbs olundu

İstanbul Baş Prokurorluğu İstanbul Birjasında aparılan ticarət əməliyyatlarında manipulyasiya iddiaları ilə bağlı genişmiqyaslı araşdırmalara başlayıb. Sfe...

İlham Əliyev İsrail Prezidenti İsxak Hersoqu təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev İsrail Prezidenti İsxak Hersoqa təbrik məktubu göndərib.   Sfera.az xəbər verir ki, məktubda deyilir: &nbs...

Demokratlar Trampın sonunu gətirəcəkmi? - ABŞ konqresində impiçment təşəbbüsü

2025-ci ilin aprel ayında ABŞ-də Prezident Donald Trampın impiçment olunması məsələsi üçüncü dəfə gündəmə gəlib. Demokrat Partiyasının bəzi üzvləri, başda Miçiq...