Gömrük generalı İsmayıl Hüseynovun səlahiyyətləri alındı – DGK-da baş verənlərin təfərrüatı

Gömrük generalı İsmayıl Hüseynovun səlahiyyətləri alındı – DGK-da baş verənlərin təfərrüatı

Dövlət Gömrük Komitəsinin yüksək vəzifəlilərinin fəaliyyəti ilə bağlı araşdırmalara başlanması haqda məlumat vermişdik.


DGK-nın "qara siyahı”sına düşmüş rəsmilərindən biri də komitə sədrinin birinci müavini, general-leytenant İsmayıl Hüseynovdur.


Xatırladaq ki, gömrük generalının hədəfə gəlməsi onun barəsində son günlər ölkə mətbuatında haqqında yazılanlardır. Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) casusluqda şübhəli bilərək saxladığı və məhkəmə qərarı ilə həbs edilən Azərbaycan vətəndaşları – Abbasquliyev Həbib Əbil oğlu və onun həyat yoldaşı Abbasquliyeva Lamiyə Elxan qızının işi ilə bağlı İsmayıl Hüseynovun adı hallanır. Belə ki, həbs edilən Abbasquliyeva Lamiyə Elxan qızının Dövlət Gömrük Komitəsinin birinci müavini İsmayıl Hüseynovun yaxın qohumu olduğu bəlli olub.


Bundan əlavə casusluqda ittiham edilən Abbasquliyeva Lamiyə Elxan qızının dost-doğma qardaşı Emin Hacıyev Dövlət Gömrük Komitəsinin sabiq əməkdaşı olub. Maraqlıdır ki, onun burada işə düzəlməsində yaxın qohumu Dövlət Gömrük Komitəsinin sədrinin birinci müavini, general-leytenant İsmayıl Hüseynov həlledici rol oynayıb. İsmayıl Hüseynovun bibisioğlu olan Emin Hacıyevin hazırda axtarışa verildiyi bildirilir. Məlumata görə, 25 gün ərzində 1 300 000 manat yeyintiyə yol verən Emin Hacıyev də DGK sədrinin birinci müavini İsmayıl Hüseynova əlavə başağrısı olub.


Sfera.az-a daxil olan son məlumatda isə bildirilir ki, artıq İsmayıl Hüseynovun səlahiyyətləri əlindən alınıb. Haqqında daxili təhqiqat aparılan birinci müavinin vəzifəsinin tələb etdiyi bütün proseslərdən kənarlaşdırıldığı bildirilir.

 

Araşdırmaların nəticəsi olaraq general-leytenant İsmayıl Hüseynov haqda hansı qərarın veriləcəyi isə maraqla gözlənilir.


OXŞAR XƏBƏRLƏR

Bakıda məktəblərdən uşaqlar qaçırılır? – DİN-dən reaksiya

“Vatsap qruplarında valideynlər arasında şagirdlərin məktəblərdən qaçırılmasına dair iddialar yayılıb. Uşaq oğurluğu ilə bağlı sosial şəbəkələrdə yayılan ...

Azərbaycan Ordusunun şanlı gücü: XTQ-nin yaradılmasından 26 il ötür

Bu gün, 30 aprel 2025-ci il tarixində Azərbaycan Silahlı Qüvvələrinin elit birləşmələrindən biri olan Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) yaradılmasından 26 il öt...

Bu çağırışçılar və hərbi vəzifəlilərlə bağlı sanksiyalar sərtləşdirilib

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti İnzibati Xətalar Məcəlləsində cərimələrlə bağlı edilən dəyişikliklər barədə vətəndaşlara müraciət edib....

"Kapital Bank" əməkdaşları kütləvi ağacəkmə aksiyasında iştirak etdilər

"Kapital Bank" əməkdaşları Azərbaycan Banklar Assosiasiyasının üzvlərinin iştirakı ilə həyata keçirilən kütləvi ağacəkmə aksiyasında iştirak ediblər. ...

İtkin düşən 84 yaşlı kişinin meyiti tapıldı

Qusar rayonunda dörd gün əvvəl itkin düşən şəxsin meyiti aşkar olunub.   Sfera.az xəbər verir ki, aprelin 26-da evdən çıxıb geri qayıtmayan 84 y...

Bu 4 bürcə ŞAD XƏBƏR - Yeni mərhələ başlayır

30 aprel - 6 iyun tarixləri arasında bəzi bürclər həyatda yeni bir mərhələyə qədəm qoyacaq.   Sfera.az xəbər verir ki, astroloq Kateryna Solovio...