Ermənistan Azərbaycanı İsraildən aldığı müasir silah sistemlərini Türkiyəyə verməkdə ittiham edir

Ermənistan Azərbaycanı İsraildən aldığı müasir silah sistemlərini Türkiyəyə verməkdə ittiham edir
 

Azərbaycanın apardığı hərbi-texniki siyasəti gözü götürməyən Ermənistan ənənəvi olaraq, hərbi sahədə tərəfdaşlıq etdiyimiz ölkələrlə əməkdaşlığımıza zərbə vurmağa çalışır. 

"Bir millət, iki dövlət” prinsipinə əsaslanan Azərbaycan-Türkiyə strateji tərəfdaşlığını, habelə illər boyu Azərbaycanla İsrail arasında davam edən və getdikcə daha da genişlənən əməkdaşlığı özünə təhdid kimi qəbul edən Ermənistan ölkəmizin tərəfdaş imicinə ləkə vurmaqla bu əməkdaşlıqları zəiflətmək niyyətindədir. 

Sfera.az  xəbər verir ki, Ermənistanın Azərbaycanla dövlət sərhədində iyul ayında törətdiyi təxribatlar nəticəsində özünün üz-üzə qaldığı problemlərin sayı getdikcə artmaqdadır. İqtisadi cəhətdən zəif, müstəqilliyi formal olan Ermənistan dövləti nəinki hərbi cəhətdən uduzub, həmçinin siyasi arenada daha böyük fiasko ilə üzləşib. 

Silahlı toqquşmalardan dərhal sonra dünyanın bir sıra ölkələrində ermənilər tərəfindən azərbaycanlılara qarşı etnik zəmində olunmuş hücumlar göstərdi ki, indiyədək özlərinin ən güclü saydıqları "erməni diasporu” silahının da "barıtı islanıb”. Ermənilərin illər boyu etdikləri hərəkətlər artıq özlərinin əleyhinə çevrilib. Bunun da bariz nümunəsi kimi, bu ilin iyul ayında ABŞ Konqresinin Nümayəndələr Palatası "Azərbaycan, Gürcüstan, Ukrayna və Moldovada işğal olunmuş ərazilərdən köçkün düşmüş və həmin ərazilərdə qətlə yetirilmiş sözügedən ölkələrin vətəndaşları barədə hesabatın Dövlət katibi tərəfindən Müdafiə katibi ilə əlaqələndirilməklə Konqresə təqdim olunması" barədə 296 saylı düzəlişi qəbul edib. Bu düzəlişə əsasən, 1991-ci ildən bu yana işğal və itkilərlə bağlı ABŞ Konqresinə müvafiq qurumlar tərəfindən hesabat təqdim olunacaq. Bu, erməni işğalı və soyqırımı aktlarının ABŞ qanunverici orqanında rəsmiləşməsi deməkdir. 

Bunu görən və öz zəifliyini etiraf etmək istəməyən hiyləgər erməni hökuməti ənənəvi olaraq, dedi-qodu, qarayaxma, alçaqlıq və xəyanət metodlarına əl atıb. Məqsəd güc cəhətdən əlçatmaz olan Azərbaycanın etdiyi əməkdaşlıqları, yaxın münasibətləri olduğu ölkələrlə tərəfdaşlıq əlaqələrini zəiflətməkdir. Təbii ki, bu mövzuda ağıllarına ilk gələn dövlətlər Azərbaycanın ən yaxın tərəfdaş olduğu Türkiyə və İsrail gəlib. 

Hətta erməni isterikası o dərəcəyə çatıb ki, Azərbaycanın yüksək vəzifəli hərbçilərinin İsraildən alınan raket sistemlərini Türkiyəyə verdiklərini və bununla da, İsrailin dünya silah bazarında mövqelərinə zərbə dəyəcəyini iddia ediblər. Üstəlik də, bütün əməliyyatlardan Azərbaycan rəhbərliyinin xəbərsiz olduğu deyilir. 

Yəqin erməni tərəfi yaddan çıxarıb ki, Azərbaycanın Türkiyə ilə tərəfdaşlıq etməsinin səbəbi nə silah-sursat, nə də ki iqtisadi maraqlar deyil: iki ölkənin bir-biri ilə əməkdaşlığı qardaşlığa, etibarlılığa, yüksək etimad və səmimiyyətə söykənir. Bu dostluq əlaqələrini pozmaq nəinki hiyləgər ermənilərin, hətta dünyanın istənilən başqa ölkəsinin bacaracağı iş deyil. 

Təəssüf ki, ermənilər sadalanan əlaqələrin, hissiyyatların nə olduğunu bilmirlər. Bu millət tarixən sırf öz maraqları üçün həmişə satqın və alçaq siyasət aparıb ki, bu gün də atdıqları addımlar özlərinə uyğundur.  (mediapost)


OXŞAR XƏBƏRLƏR

Ay Əkizlərə keçir – Bu 3 bürc dönüş nöqtəsi yaşayacaq

Bu gün Ay Buğa bürcündə başlayır və gün ərzində Əkizlər bürcünə keçəcək. Ayın Əkizlər bürcündə olması bizi daha ünsiyyətcil, maraqlı olmağa təşviq edir. &nbs...

Bakıda məktəblərdən uşaqlar qaçırılır? – DİN-dən reaksiya

“Vatsap qruplarında valideynlər arasında şagirdlərin məktəblərdən qaçırılmasına dair iddialar yayılıb. Uşaq oğurluğu ilə bağlı sosial şəbəkələrdə yayılan ...

Azərbaycan Ordusunun şanlı gücü: XTQ-nin yaradılmasından 26 il ötür

Bu gün, 30 aprel 2025-ci il tarixində Azərbaycan Silahlı Qüvvələrinin elit birləşmələrindən biri olan Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) yaradılmasından 26 il öt...

Bu çağırışçılar və hərbi vəzifəlilərlə bağlı sanksiyalar sərtləşdirilib

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti İnzibati Xətalar Məcəlləsində cərimələrlə bağlı edilən dəyişikliklər barədə vətəndaşlara müraciət edib....

"Kapital Bank" əməkdaşları kütləvi ağacəkmə aksiyasında iştirak etdilər

"Kapital Bank" əməkdaşları Azərbaycan Banklar Assosiasiyasının üzvlərinin iştirakı ilə həyata keçirilən kütləvi ağacəkmə aksiyasında iştirak ediblər. ...

İtkin düşən 84 yaşlı kişinin meyiti tapıldı

Qusar rayonunda dörd gün əvvəl itkin düşən şəxsin meyiti aşkar olunub.   Sfera.az xəbər verir ki, aprelin 26-da evdən çıxıb geri qayıtmayan 84 y...