Sabahın havası açıqlandı

Sabahın havası açıqlandı
 Azərbaycanda avqustun 10-na olan hava proqnozu açıqlanıb. 

Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a verilən məlumata görə, şimal-qərb küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. 

Havanın temperaturu  Abşeron yarımadasında gecə 21-24,  gündüz  30-35, Bakıda  gecə 22-24, gündüz  32-34 dərəcə isti olacaq. Atmosfer  təzyiqi normadan aşağı 755 mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 35-40 faiz təşkil edəcək.   
 
Abşeron çimərliklərində şimal-qərb küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 24-25, Türkan, Hövsan, Sahil, Şıxda isə 25-26 dərəcə isti təşkil edəcək.

10 avqustda Azərbaycanın rayonlarında  havanın əsasən yağmursuz keçəcəyi, lakin bəzi şimal və şərq rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Səhər dağlarda duman olacaq. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə  arabir güclənəcək. 

Havanın temperaturu gecə 20-25, gündüz 32-37, dağlarda gecə 12-17, gündüz 19-24 dərəcə  isti olacaq.

OXŞAR XƏBƏRLƏR

Banklar qızıl alışını artırıb - RƏQƏMLƏR

Mərkəzi banklar üçün qızılın cəlbediciliyi hələ də yüksək olaraq qalmaqdadır.    Sfera.az xəbər verir ki, bunu iqtisadçı-ekspert Samir Əliy...

Baş nazir sərəncam imzaladı

“2025–2028-ci illər üçün süni intellekt Strategiyası”nın təsdiq edilməsi haqqında” Prezident İlham Əliyevin müvafiq sərəncamının icrasın...

Elşad Miridən deputata cavab: "Belə deməz..."

Bir neçə gündür, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Ceyhun Məmmədov, ilahiyyatçı-psixoloq Fazil Əhmədin dinşünas Elşad Miri ilə ...

Azərbaycanda qadağan edilmiş dini qruplar - SƏBƏBLƏR

Azərbaycanda dini radikalizmə və ekstremizmə qarşı mübarizə çərçivəsində bir sıra dini təşkilatların fəaliyyəti rəsmi olaraq qadağan edilib. Bu qərarlar təhlükə...

Prezident Qusarda bağçılıq və soyuducu anbar kompleksinin fəaliyyəti ilə tanış olub - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 30-da Qusar rayonunda "İsmikhanlı" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) bağçılıq və soyud...

Süni intellekt proqramı tibb imtahanından uğurla keçib - Yenilik

Yaponiyada hökumətə bağlı Milli İnformasiya İnstitutunun (NII) rəhbərliyi ilə fəaliyyət göstərən tədqiqatçılar milli tibbi lisenziya imtahanını uğurla keçə bilə...