Polad Həşimovun yaşadığı binada təmir işləri aparılır - FOTOLAR

Cəmiyyət
21:51 / 08.08.2020
5709
Şəhid general-mayor Polad Həşimovun yaşadığı binada təmir işləri görülür.
Sfera.az xəbər verir ki, Sumqayıt şəhəri "on üçüncü mikrorayon” ərazisində yerləşən 43-cü binada təmir işləri başlayıb. Polad Həşimovun yaşadığı həmin binada dünəndən başlayan fasad işləri davam edir.
Qeyd edək ki, Polad Həşimov Sumqayıtda anadan olub və o, iyulun 13-14 keçən gecə Azərbaycan-Ermənistan sərhədində Tovuz istiqamətində gedən döyüşlərdə həlak olub.