Ermənistan Türkiyənin daxili işlərinə qarışmaq niyyətini gizlətmir

Ermənistan Türkiyənin daxili işlərinə qarışmaq niyyətini gizlətmir
 "Dağlıq Qarabağ münaqişəsi və regional proseslər fonunda Türkiyənin etdiyi təxribatlara cavab kimi Ermənistan Türkiyənin daxili proseslərinə düşünərək qarışmalıdır”.

Sfera.az xəbər verir ki, bu fikirlər İrəvan Dövlət Universitetinin (İDU) İranşünaslıq kafedrasının müdiri Vardan Voskanyanın "Facebook” səhifəsində yer alıb. O bildirib:

"Ərdoğan administrasiyasının misli görünməmiş həyasızlıq, təxribat xarakterli hərəkətlər və davranışlarını nəzərə alaraq, Ermənistan Türkiyənin daxili proseslərinə düşünərək qarışmağa başlamalıdır”. 

V.Voskanyan qeyd edib ki, söhbət kürt və ələvilərlə əlaqəli məsələlərdən gedir:

"Lakin bu qarışma düzgün şəkildə proqramlaşdırılmalı və Ermənistanın Türkiyənin daxilində müttəfiqlərinin formalaşdırılmasına yönəldilməlidir”. 

"Ermənistanın insan və ərazi resurslarının məhdud olması bizim intellektual üstünlüyümüzlə əvəz olunmalıdır. Bu üstünlük Ermənistanın çoxsaylı müttəfiqlərinin olmasına və düşmənin ərazisində yeni ciddi çağırışların meydana gəlməsinə yönləndirilməlidir”, - o vurğulayıb. 

Görünür, ermənilər cəzasızlığa, istənilən hərəkəti etməyə icazələrinin olmasına, yaratdıqları əfsanələrə həqiqətən inanırlar. Böyük ehtimalla, Ermənistan hökuməti öz siyasətinin yürüdülməsində Fransız yazıçı və diplomat Fransua-Rene de Şatobrianın hələ XIX əsrin əvvəlində dediyi "yalan son dərəcədə böyük olanda yalana daha asanlıqla inanmaq olur” sözlərini rəhbər tutaraq, ölkəsini uçuruma doğru aparmağa davam edir. (mediapost)

OXŞAR XƏBƏRLƏR

Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə qaz olmayacaq

Sabunçu rayonunda görüləcək təmir işləri ilə əlaqədar sabah saat 09:30-dan etibarən qaz təchizatı dayandırılacaq.   Bu barədə Sfera.az-a "Azəriq...

Birinci siniflərə şagird qəbuluna başlanılır

Sabah saat 11:00- dan etibarən 2025–2026-cı tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbuluna start verilir.   S...

Bu rayonda əməliyyat keçirildi - Saxlanılan var

Qaradağ Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirilən növbəti əməliyyat zamanı 65 yaşlı Nəsirulla Həb...

“AQA Şirkətlər Qrupu": "Gənc qızların təhsilini dəstəkləməyə davam edirik"

"AQA Şirkətlər Qrupu” gənc və istedadlı qızlar üçün könüllü şəkildə təsis etdiyi təqaüdlərin gecikməsi ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatla...

Azərbaycanda ən çox tələb olunan 5 peşə

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya əmək bazarının cari vəziyyətini qiy...

Özbəkistan Azərbaycanla bağlı bu müqaviləni təsdiqlədi

Özbəkistan Ali Məclisinin Senatı (yuxarı palata) Özbəkistan və Azərbaycan arasında müttəfiqlik münasibətləri haqqında müqaviləni təsdiqləyib.   Sfera...