Qondarma rejimin bayrağını qaldıran erməni UFC-dən qovuldu və cərimələndi - VİDEO

Qondarma rejimin bayrağını qaldıran erməni UFC-dən qovuldu və cərimələndi - VİDEO
 

UFC-də çıxış edən ABŞ ermənisi Edmen Şahbazyan avqustun 1-də Derek Bransonla döyüş öncəsi oktaqona qondarma Dağlıq Qarabağ bayrağı ilə çıxdığı üçün turnirdən qovulub.

Sfera.az  xəbər verir ki, 22 yaşlı "Qızıl oğlan” ləqəbli idmançı "UFC Fight Night 173” döyüşündə uduzub. Amma onun qaldırdığı bayraq Azərbaycan tərəfinin qəzəbinə tuş gəlib.

Azərbaycan və Türkiyə səfirlikləri, Gənclər və İdman Nazirliyi tərəfindən UFC prezidenti Deyna Uayta göndərilən məktublara cavab olaraq idmançı həm turnirdən qovulub, həm də cərimələnib. Bunu onun məşqçisi Edmond Tarverdyan deyib:

 

"Mənə zəng gəldi və məlumatlandırıldım ki, Rusiyadakı Türkiyə səfirliyi və Türkiyə bayraqdan şikayət edib. Onlar deyib ki, ermənilər terrorçudur və oktaqona bu bayraqla çıxmaq hüquqları yoxdur. Həmçinin Türkiyə və Rusiyadakı Azərbaycan səfirliklərindən də şikayət olunub...

UFC-nin sponsoru olan "Reebok” tərəfindən bizə çatacaq məbləğdən cərimə kimi məhrum olunduq. Təəssüf ki, Azərbaycan və Türkiyə səfirlikləri məqsədlərinə çatdılar. Bizə görə əziyyət çəkən UFC heyətindən üzr istəyirəm...”


(baku tv)

OXŞAR XƏBƏRLƏR

WSJ: Amazon anbarlarında insanlardan çox robot olacaq

Texnologiya nəhəngi “Amazon”un anbarlarında istifadə olunan robotların sayı tezliklə orada işləyən insanların sayını keçə bilər.   Sfera....

17 yaşlı oğlan kanalda batdı

Ağcabədidə 17 yaşlı oğlan kanalda batıb.    Sfera.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə Qarabağ kanalının rayonun ...

Dövlətə xəyanət ittihamı ilə həbs olundu

Azərbaycan vətəndaşı İsmiyev Elnur Tahir oğlu dövlətə xəyanət ittihamı ilə həbs olunub.   Sfera.az-ın məlumatına görə, E.İsmiyev Dövlət Təhlükəsizliy...

Qətlə yetirilən qardaşların cənazəsi dəfn üçün Ağcabədiyə gətirildi

Rusiyanın Yekaterinburq şəhərində qətlə yetirilən qardaşlar Ziyəddin və Hüseyn Səfərovların cənazəsi dəfn üçün səhər saatlarında Ağcabədiyə gətirilib.  ...

Azərbaycanda karantin rejiminin uzadılması qərarı qüvvəyə minib - BU GÜNDƏN

Bu gündən Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması ilə bağlı yeni qərar qüvvəyə minib.   Sfera.az xəbər verir ki, Baş na...

İlon Mask ölkədə yeni siyasi partiya yaratmağa çağırıb

Amerikalı milyarder İlon Mask ABŞ prezidenti Donald Trampın hökumət xərclərinin azaldılması ilə bağlı qanun layihəsini tənqid etdiyini təkrarlayaraq ölkədə yeni...