Azərbaycanda tələbə Kürdə batdı

Hadisə
16:05 / 07.08.2020
2043
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Kür çayının Neftçala rayonu, Aşağı Surra kəndi ərazisindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.
Sfera.az xəbər verir ki, bu barədə FHN-dən bildirilib.
Neftçala rayonunun Aşağı Surra kənd sakini, 2004-cü il təvəllüdlü Salayev Xəyal Zakir oğlu Kür çayında çimərkən boğulub. O, Şirvan Humanitar Kollecinin tələbəsidir.
Əraziyə FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb olunub.