Türkiyə Azərbaycanı Aralıq dənizinə dəvət edir

Türkiyə Azərbaycanı Aralıq dənizinə dəvət edir
 

"Türkiyə mətbuatının yazdığına görə, Azərbaycan Türkiyənin "Aralıq dənizi qalxanı” təlimlərində iştirak edəcək. Azərbaycan Rusiyadan sonra Xəzər dənizində güclü donanmalardan birinə sahibdir. Müxtəlif xəbərlərə görə, iki ölkənin hərbi dəniz qüvvələri arasında yekun anlaşma əldə olunmaq üzrədir”.

Bunu "MediaPost”a açıqlamasında "Atlas” Araşdırmalar Mərkəzinin direktoru, politoloq Elxan Şahinoğlu deyib. 

Onun fikrincə, Azərbaycanın Aralıq dənizində hərbi təlimlərdə iştirakı Türkiyə üçün geosiyasi əhəmiyyət daşıyır:

"Türkiyənin hazırda Aralıq dənizi sahillərindəki bır sıra dövlətlərlə münasibətlərində gərginliklər var. Ona görə də Türkiyə istəyir ki, Aralıq dənizi hövzəsində tərəfdaşları çoxalsın. Türkiyənin Aralıq dənizi sahili ölkələri – Yunanıstan, Fransa, Misir və İsraillə münasibətləri gərgindir. Türkiyə Yunanıstanın Misirlə dəniz sərhədinə dair imzaladığı son sazişi tanımır. Ankara haqlı olaraq Yunanıstanla Misir arasında Aralıq dənizində sərhədinin olmadığını bəyan edib. Razılaşmada nəzərdə tutulan ərazi Türkiyənin qitə şelfində yerləşir. Bu saziş Şimali Kipr Türk Respublikasının və Liviyanın da maraqlarına ziddir. Yunanıstan və Misir yeni sazişlə Aralıq dənizində birgə enerji yataqlarının kəşfiyyatına və istismarına ümid edirlər. Ancaq Türkiyə buna imkan verməyəcək”.

Politoloq bildirib ki, belə vəziyyətdə Türkiyənin tərəfdaşlara ehtiyacı var: 

"Türkiyə Aralıq dənizi sahilində olan İtaliya ilə sıx əlaqələr qurub. Türkiyə ada ölkəsi olan Malta ilə də danışıqlar aparır. Təsadüfi deyil ki, bugünlərdə Türkiyə və Maltanın xarici işlər nazirləri birgə Liviyaya səfər ediblər. Türkiyə kimi Malta da Liviyada mərkəzi hakimiyyətlə əməkdaşlıq edir. Türkiyənin strateji müttəfiqlərindən biri də Azərbaycandır. Aralıq dənizindəki təlimlərə Azərbaycanın simvolik olaraq belə qoşulması Türkiyənin həmin sahədəki tərəfdaşlarının sayını artıracaq. Bu, Türkiyə üçün çox vacibdir. Azərbaycanın Aralıq dənizindəki təlimlərdə iştirakı o demək deyil ki, Bakının Türkiyənin həmin bölgədəki rəqibləri ilə münasibətləri avtomatik olaraq gərginləşəcək. Azərbaycan Türkiyə ilə strateji müttəfiq olsa da, xarici siyasətdə fərqli çalarlar da var. Məsələn, Türkiyədən fərqli olaraq, Azərbaycanın İsraillə münasibətləri yaxşıdır. Yunanıstan Ermənistanla sıx əlaqələr qursa da, Bakının Afina ilə də dərin fikir ixtilafı yoxdur”.

"Buna baxmayaraq, strateji müttəfiqlik qarşılıqlı dəstəyi diktə edir. Əgər Türkiyə ordusu Azərbaycanda hərbi təlimlərdə iştirak etməklə müttəfiqinə hərtərəfli dəstəyini ifadə edirsə və bu, işğalçı Ermənistana təzyiqi artırmaq baxımından bizim üçün vacibdirsə, eyni ilə Azərbaycanın da Aralıq dənizində planlaşdırılan hərbi təlimlərdə iştirakı Türkiyə üçün vacibdir”, - deyə politoloq bildirib. 


OXŞAR XƏBƏRLƏR

"Kapital Bank" əməkdaşları kütləvi ağacəkmə aksiyasında iştirak etdilər

"Kapital Bank" əməkdaşları Azərbaycan Banklar Assosiasiyasının üzvlərinin iştirakı ilə həyata keçirilən kütləvi ağacəkmə aksiyasında iştirak ediblər. ...

İtkin düşən 84 yaşlı kişinin meyiti tapıldı

Qusar rayonunda dörd gün əvvəl itkin düşən şəxsin meyiti aşkar olunub.   Sfera.az xəbər verir ki, aprelin 26-da evdən çıxıb geri qayıtmayan 84 y...

Bu 4 bürcə ŞAD XƏBƏR - Yeni mərhələ başlayır

30 aprel - 6 iyun tarixləri arasında bəzi bürclər həyatda yeni bir mərhələyə qədəm qoyacaq.   Sfera.az xəbər verir ki, astroloq Kateryna Solovio...

Azərbaycan-İran münasibətləri möhkəm təməl üzərində inkişaf edir

Azərbaycan-İran münasibətləri dərin tarixi köklərə malikdir. Hər iki xalq islam aləminə mənsub olan xalqlardır. Elmi, mənəvi, mədəni əlaqələr bu xalqları birləş...

“20 Yanvar”da özünü qəsdən maşınların altına atır- VİDEO

Bakı şəhər Yasamal rayonu ərazisində - “20 Yanvar” dairəsi kimi tanınan yerdə gənc oğlan özünü qəsdən nəqliyyat vastələrinin altına atır. &n...

Qızıl almaq istəyənlərə ŞAD XƏBƏR

Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin qiyməti cüzi azalıb.   Sfera.az birja məlumatlarına istinadən xəbər ...