Jurnalistdən “BazarStore”yə sərt etiraz: “Müştərilərin gözü önündə…”

Jurnalistdən “BazarStore”yə sərt etiraz: “Müştərilərin gözü önündə…”

"Bu gün Xırdalan şəhərində "Mətanət A" şirkətinin yaxınlığında yerləşən BazarStore marketində öz mənliyini itirən Seymur Xancanov adında baş məsləhətçi, satıcı işləyən bir işçini telefonla anası ilə danışdığına görə müştərilərin gözü önündə kobud və səviyyəsini itirmiş halda rəftarı mənə çox təsir etdi. Ürəyim dözmədi, geri qayıdıb həmin rəhbərliyi əvəz edən əqidəsizi lazımınca cavabını verərək həddini bildirdim”.


Sfera.az xəbər verir ki, bu sözləri tanınmış jurnalist Ramilə Bunyatova özünün sosial şəbəkə hesabında yazıb. Jurnalist "BazarStore” rəhbərliyinə müraciət ünvanlayıb:


"İndi isə müraciətim "BazarStore” rəhbərliyinədir. Siz, mənliyini itirən Seymur Xancanov adında cahili necə işdə saxlaya bilirsiniz? Ona nə qədər haqq verilib ki, bir ananın balasını hansı ki, çörək pulu ucbatından işləməyə məcbur qalmış işçini, müştərilərin gözü önündə şərəf və ləyaqətini alçatmağa? Bu nə qədər doğrudur?


Tamam iş zamanı telefon işlətmək əgər qadağandırsa onu deməyin tərzi var. Ən azından sakit formada satıcını çəkib kənara gəl otağa və ya telefonu ala bilərdi. Amma o ixtiyar verilməyib ki, bir işçini təhqir edərək şərəf və ləyaqətini alçatsın. Ümid edirəm ki, Seymur Xancanov haqqında bir ölçü götürsəniz məncə daha məqsədə uyğun olar. Belə cahillərin sayı azalar!!!”


OXŞAR XƏBƏRLƏR

Böyük evinin olmasına baxmayaraq 4 ildir maşında yaşayır - FOTO

Çinli proqramçı Zhang Yunlai öz dörd mərtəbəli evinin olmasına baxmayaraq, dörd ildir ki, elektrik avtomobilində yaşayır. Kişi bu seçimi azadlığı və rahatlığı ü...

Niyə bəzi ölkələrdə həbsxanadan qaçmaq cinayət sayılmır?

Həbsxanadan qaçmağın hər yerdə ağır cəzaya səbəb olduğunu düşünürsənsə, yanılırsan. Bəzi ölkələrdə məhbusların qaçmağa cəhdləri tamam fərqli anlayışla qarşılanı...

Ağcabədidə ağır qəza, iki hərbçi həlak oldu- VİDEO

Ağcabədidə baş verən qəzada iki nəfər ölüb.    Sfera.az-ın xəbərinə görə, hadisə rayon ərazisində baş verib.   Belə ki, hərəkətdə ola...

Azərbaycanda ən çox hansı avtomobillər kreditlə alınır?

2024-cü il üzrə Azərbaycanda fiziki şəxslər tərəfindən alınan istehlak kreditləri çərçivəsində avtomobil kreditlərinin strukturu dəyişib, ekoloji cəhətdən daha ...

“Yalı Çapkını”nın andiçmə mərasimi oldu - VİDEO

“Yalı Çapkını”nın Feriti Mert Ramazan Demirim əsgərlikdən görüntüləri yayılıb.   Sfera.az xəbər verir ki, Hatayda ödənişli hərbi xidmətdə...

Qızıl ucuzlaşıb - VİDEO

Dünya bazarlarında qızılın bir unsiyasının qiyməti 3500 dollardan 3300 dollara düşüb.   Sfera.az-ın məlumatına görə, qiymət azalması yerli bazar...