TƏBİB koronavirusla bağlı son vəziyyəti AÇIQLADI

Cəmiyyət
22:00 / 06.08.2020
4366
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı avqustun 6-na olan statistik göstəriciləri açıqlayıb.
Sfera.az xəbər verir ki, məlumatda bu gün ərzində Azərbaycanda koronavirusla bağlı 7 050 test edildiyi bildirilib.
Qeyd olunub ki, ölkə ərazisində indiyə qədər 766 179 test aparılıb. Aktiv xəstə sayı 3 493 nəfərdir, onlardan 263 nəfər reanimasiyadadır, 58 nəfər isə süni tənəffüs aparatına qoşulub.