Ermənistana məxsus növbəti taktiki PUA MƏHV EDİLDİ

21:30 / 06.08.2020
4024
Avqustun 6-da günorta saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri taktiki pilotsuz uçuş aparatı (PUA) vasitəsilə Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətindəki mövqelərimiz üzərində kəşfiyyat uçuşları keçirməyə cəhd göstərib.
Bu barədə Sfera.az Müdafiə Nazirliyinə istinadən xəbər verir.
Qeyd edilir ki, Hava Hücumundan Müdafiə bölmələri tərəfindən düşmənin növbəti PUA-sı dərhal aşkar olunaraq məhv edilib.