Gökhan Gönül "Fənərbaxça"ya qayıtdı

İdman
17:35 / 06.08.2020
2238
"Fənərbaxça" növbəti transferini açıqlayıb.
Sfera.az klubun saytına istinadla xəbər verir ki, İstanbul təmsilçisi "Beşiktaş"dan ayrılan Gökhan Gönüllə 1+1 illik müqavilə imzalayıb.
Türkiyə millisinin üzvü 2007-2016-cı illərdə "Fənərbaxça"da çıxış edib. 35 yaşlı müdafiəçi ötən mövsüm Super Liqada keçirdiyi 30 oyunda 4 qol vurub, 4 məhsuldar ötürmə edib.
İstanbul təmsilçisi daha öncə "Sivasspor"dan ayrılan Mert Hakan Yandaşla müqavilə imzalamışdı.