“Roma” klubu 591 milyona satılıb

İdman
12:50 / 06.08.2020
2734
İtaliyanın "Roma” klubu satılıb.
Sfera.az xəbər verir ki, ABŞ-dan olan milyarder Dan Friedkin A seriyası təmsilçisini 591 milyon avroya alıb.
Bunu paytaxt təmsilçisinin özü açıqlayıb. Bildirilir ki, klub milyarderə məxsus "The Friedkin Group”'a satılıb.
Qeyd edək ki, 1927-ci ildə yaradılan "Roma” üçqat ölkə çempionu, kubokun 9 qat, Superkubokun 2 qat qalibidir.