İlham Əliyev livanlı həmkarına başsağlığı verdi

İlham Əliyev livanlı həmkarına başsağlığı verdi
 
Azərbaycan Prezidenti İlham Əliyev Livan Prezidenti Mişel Auna başsağlığı məktubu göndərib.  

Sfera.az  xəbər verir ki, başsağlığında deyilir:

"Hörmətli cənab Prezident,

Beyrut şəhərində baş vermiş dəhşətli partlayış nəticəsində çoxsaylı insan tələfatı və dağıntılarla bağlı xəbər məni olduqca kədərləndirdi.

Bu çətin anda Azərbaycan xalqının Livan xalqı ilə həmrəy olduğunu bildirirəm. Azərbaycan Respublikası faciənin törətdiyi fəsadların aradan qaldırılması məqsədilə dost Livan Respublikasına maliyyə yardımı göstərəcəkdir.

Sizə, həlak olanların ailələrinə və Livan xalqına dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını diləyirəm".

OXŞAR XƏBƏRLƏR