Səfir: ABŞ baş verənlər ilə bağlı öz təəssüfünü bildirib

Səfir: ABŞ baş verənlər ilə bağlı öz təəssüfünü bildirib
Biz uzun müddətdir ki, ABŞ ilə Azərbaycan arasında uzunmüddətli və güclü əlaqələr qurmağa çalışırıq. Azərbaycan prezidenti İlham Əliyevin ABŞ-a səfəri məhz bu məqsədlərə xidmət etmişdir. 
Azərbaycan prezidenti bu ölkəyə səfəri çərçivəsində ABŞ prezidenti Barak Obama başda olmaqla, bir sıra dövlət rəsmiləri ilə görüşmüşdü. Bütün bu görüşlər çox ətraflı və uğurlu olmuşdur. 
Oxu.Az xəbər verir ki, bu sözləri  jurnalistlərə açıqlamasında ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta deyib.
Səfir son günlər cəhbə bölgəsində baş verən hadisələrə də münasibət bildirib:
"Bildiyiniz kimi, ABŞ hökuməti cəhbə bölgəsində baş verən halları pisləmişdir. Şəhid olanlar və yaralanlar ilə bağlı öz təəssüfünü və başsağlığını bildirmişdi. Eyni zamanda, bu məsələnin Minsk Qrupu vasitəsilə həll edilməsinin əhəmiyyəti və vacibliyini bildirmişdi. Döyüşən tərəfləri təmkinli olmağa çağırmışdı”, - deyə səfir əlavə edib. 
Səfir onu da qeyd edib ki, bildiyiniz kimi məsələ ilə əlaqədar bu gün Minsk Qrupunun həmsədrləri Bakıya gəlir.

OXŞAR XƏBƏRLƏR