"Kəpəz" Yaşar Vahabzadə ilə bağlı qərar verdi

 

"Kəpəz" baş məşqçisi Yaşar Vahabzadə ilə yeni müqavilə imzalayıb.

 

Sfera.az xəbər verir ki, bu barədə klubun icraçı direktoru İlqar Nadiri mətbuat xidmətinə məlumat verib:

 

"Operativ Qərargahın avqustun 3-də keçirilən iclası hamını maraqlandırırdı. Biz futbol adamları gözləyirdik ki, idmanla bağlı yumşalmalar olar, komandaların məşqlərə başlamasına icazə verilər. Başa düşürük ki, atılan addımlar, verilən qərarlar insanları xəstəlikdən qorumaq üçündür və bunu qiymətləndiririk. İnşallah, yaxın zamanlarda dəyişiklik olar və hazırlığa start verərik. Buna ümid edirik.

 

Azarkeşlər də tez-tez sual verirlər, vəziyyətlə maraqlanırlar. Hamı futbol üçün çox darıxıb. Ötən mövsüm yarımçıq dayandırıldığından komandamız mart ayının 12-dən oyun keçirmir. Arada uzun fasilə yaranıb. Odur ki, futbolsevərlər növbəti çempionatın başlamasını sərbsizliklə gözləyirlər. Amma fanatlar bilsin ki, komanda məşqlərə başlamasa da, meydançadan kənar işləri yoluna qoymaq üzərində çalışırıq.

 

İlk olaraq baş məşqçi məsələsini həll etmişik. Ötən mövsüm kollektivi çalışdıran Yaşar Vahabzadə ilə yeni 1 illik razılıq əldə olunub. O, qarşıdakı çempionatda da "Kəpəz”i çalışdıracaq. Yaşar müəllim də boş oturmur. Yeni futbolçularla danışıqlara başlayıb, heyəti formalaşdırmağa çalışır. Xüsusən də, seçimdə gənclərə üstünlük verir”.


OXŞAR XƏBƏRLƏR

Qətlə yetirilən qardaşların cənazəsi dəfn üçün Ağcabədiyə gətirildi

Rusiyanın Yekaterinburq şəhərində qətlə yetirilən qardaşlar Ziyəddin və Hüseyn Səfərovların cənazəsi dəfn üçün səhər saatlarında Ağcabədiyə gətirilib.  ...

Azərbaycanda karantin rejiminin uzadılması qərarı qüvvəyə minib - BU GÜNDƏN

Bu gündən Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması ilə bağlı yeni qərar qüvvəyə minib.   Sfera.az xəbər verir ki, Baş na...

İlon Mask ölkədə yeni siyasi partiya yaratmağa çağırıb

Amerikalı milyarder İlon Mask ABŞ prezidenti Donald Trampın hökumət xərclərinin azaldılması ilə bağlı qanun layihəsini tənqid etdiyini təkrarlayaraq ölkədə yeni...

"Onları vəhşicəsinə döyərək evdən çıxarıblar...” - VİDEO

“Onlara o qədər işgəncə verilib ki, bu, insanlığa sığmayan bir hərəkətdir”.   Sfera.az xəbər verir ki, bunu Yekaterinburqda hüquq-mühafiz...

Bu tarixdə görüşəcəklər

İsrailin Baş naziri Benyamin Netanyahu yaxın günlərdə Vaşinqtona səfər edəcək və iyulun 7-də Ağ Evdə ABŞ Prezidenti Donald Trampla danışıqlar aparacaq.  ...

"Torba-torba pul paylayırdım" - Əməkdar artist görün nələr danışdı

"Azərbaycana şounu mən gətirmişəm. İlk şou-proqramı mən yaratmışam və ilk şoumeni mənəm".   Sfera.az xəbər verir ki, bu sözləri Əməkdar art...