“Mövcud vəziyyətlə əlaqədar Neft Fondunun gəlirləri azalacaq” – Samir Şərifov

“Mövcud vəziyyətlə əlaqədar Neft Fondunun gəlirləri azalacaq” – Samir Şərifov
 

"Dövlət sərəncamda olan bütün ehtiyatlardan istifadə edir”.

Bunu Milli Məclisin bu gün keçirilən iclasında "Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsinin müzakirəsi zamanı Maliyyə naziri Samir Şərifov deyib.

Nazir bildirib ki, DSMF-nin əlavə gəlirlərindən də artıq istifadə olunur: "Bu ilin 6 ayında dövlət büdcəsinin əlavə mədaxili də istifadəyə verilir. Prezident İlham Əliyevin rəhbərliyi altında aparılan məqsədyönlü siyasət ölkəmizdə lazımi həcmdə ehtiyatların yaradılmasını təmin edib. Bu gün biz başqa dövlətlərdən fərqli olaraq beynəlxalq maliyyə qurumlarından kredit almaq üçün müraciət etmirik. Bu həmin siyasətin nəticəsidir. Cari ildə mövcud vəziyyətlə əlaqədar Neft Fondunun gəlirləri azalacaq. Lakin əvvəlki 3 aydan fərqli olaraq Neft Fondunun ehtiyatları praktiki olaraq eyni səviyyəyə qayıdıb. İqtisadiyyata bu gün müvafiq maliyyə dəstəyi verilməlidir ki, mənfi təsirləri azalda bilək. Bu dəstəyin verilməsi olduqca vacibdir”. (APA)


OXŞAR XƏBƏRLƏR

126 nəfər zəhərləndi, 4 nəfər həyatını İTİRDİ – RƏSMİ

Aprel ayı ərzində Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə zəhərlənmə səbəbi ilə 126 nəfər qəbul edilib.   Sfera.az xəbər verir ki, bu barə...

Bu gündən xəstəlik vərəqələri elektron formada VERİLƏCƏK

Bu gündən Səhiyyə Nazirliyi və TƏBİB-in tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində sığortaolunanlar üçün xəstəlik vərəqələri elektron sənəd formasında ...

Azərbaycanda yeni qadağa qüvvəyə mindi - Bu gündən...

Balıqların kürütökmə dövrü ilə əlaqədar 1 may 2025-ci il tarixindən ölkə ərazisindəki bütün su hövzələrində balıq ovuna moratorium qüvvəyə minir.   B...

“McDonald's Azərbaycan” şirkəti Sumqayıtda ağacəkmə aksiyası təşkil edib - FOTO

“McDonald's Azərbaycan” şirkətinin təşkilatçılığı və Sumqayıt şəhər İcra Hakimiyyətinin dəstəyi ilə Sumqayıt şəhərində növbəti ekoloji aksiya tə...

Neftin bu günə olan qiyməti

Dünya birjalarında neft ucuzlaşmaqda davam edir.   Sfera.az xəbər verir ki, “Brent” markalı neft hazırda 63,12 dollara, yüngül neft ...

Qəzada ölən hərbçilərin FOTOSU

Xəbər verdiyimiz kimi, Ağcabədidə baş verən ağır qəzada iki hərbçimiz həlak olub.   Sfera.az unikal.az-a istinadən xəbər verir ki, 2002-ci il tə...