Rayonlara yalnız bu şəxslər buraxılacaq - DİN detalları açıqladı

Rayonlara yalnız bu şəxslər buraxılacaq - DİN detalları açıqladı

Daxili İşlər Nazirliyi (DİN) avqustun 5-dən rayonlara gediş-gəlişin necə tənzimlənəcəyini açıqlayıb.

 

Sfera.az-ın məlumatına görə, Nazirliyin Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov APA-ya açıqlamasında bildirib ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən xüsusi karantin rejimi avqust ayının 31-dək davam edəcək:

"Paytaxt Bakı da daxil olmaqla ölkənin 13 şəhər və rayonunda sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq olunur. Həmin şəhər və rayonlara giriş və çıxışa nəzarəti əvvəlki dövrdə olduğu kimi xüsusi polis postlarında xidmət aparan polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən həyata keçiriləcək. Postlardan yalnız ölkədaxili hərəkətinə "icaze.e-gov.az” portalı vasitəsilə icazə verilmiş şəxslər və onların nəqliyyat vasitələri buraxılacaqdır. Onu da bildirim ki, Bakı, Sumqayıt şəhərlərinə və Abşeron rayonuna giriş-çıxış da eyni qayda ilə tənzimlənir”.


OXŞAR XƏBƏRLƏR

Sələmçini öldürən hərbçinin cəzası ağırlaşdırıldı

Bakı Apellyasiya Məhkəməsində Bakıda sələmə pul verən şəxsi öldürməkdə təqsirləndirilən hərbi qulluqçu Elvin Əsədovun barəsindəki hökmdən verilən apellyasiya pr...

Nəfəsin 5 il öncəki halı görənləri TƏƏCCÜBLƏNDİRDİ – FOTO

Müğənni Nəfəsin 5 il öncə lentə alınan fotoları yenidən sosial mediada yayılıb.   Sfera.az xəbər verir ki, müxtəlif əməliyyatlar etdirən müğənni...

İlham Əliyev sərəncam imzaladı

Prezident İlham Əliyev Qusar rayonunun Quxuroba-Hiloba-Yasaoba-Əniqoba-Aşağı İmamqulukənd-Şirvanlı avtomobil yolunun əsaslı təmiri ilə bağlı tədbirlər haqqında ...

ÇL-də "ən yaxşı" adına namizəd onlardır

UEFA Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu adına namizədlər açıqlanıb.   Sfera.az xəbər verir ki, bunlar Fransanın PSJ klubundan Vitinya ...

Məsciddə namaz qılarkən bıçaqlandı - FOTO

Türkiyədə Siraç Ö. adlı şəxs Mardinin Kızıltəpə rayonunda məsciddə namaz qılarkən bıçaqlı hücum nəticəsində yaralanıb.   Mardinin Kızıltəpə rayonu Ye...

Xocalı soyqırımında 210 itkin şəxs qeydə alındı

Bu günə olan məlumata əsasən, Xocalı soyqırımı ilə bağlı Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında 210 nəfər qeydiyyat...