Prezident Stefan Şennakı qəbul etdi

Prezident Stefan Şennakı qəbul etdi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 6-da Avropa Şurası Parlament Assambleyası (AŞPA) Monitorinq Komitəsinin həmməruzəçisi Stefan Şennakın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. 
Sfera.az AZƏRTAC-a istinadən xəbər verir ki, AŞPA Monitorinq Komitəsinin həmməruzəçisi Stefan Şennak Prezident İlham Əliyevi ABŞ-a uğurlu səfəri münasibətilə təbrik edib.
Stefan Şennak Azərbaycana həssas bir məqamda səfər etdiyini, cəbhə xəttindəki son hadisələrin çox narahatlıq doğurduğunu deyib.
Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində son hadisələrlə bağlı vəziyyətə toxunan dövlət başçısı münaqişə ilə əlaqədar irəliyə doğru addım atılması imkanı yaranan zaman Ermənistan tərəfindən bu cür təxribatların törədildiyini vurğulayıb.
ABŞ-a səfərinin uğurla keçdiyini qeyd edən Prezident İlham Əliyev Azərbaycan-ABŞ əlaqələrinin yüksək səviyyədə olduğunu deyib.
Dövlət başçısı Azərbaycan ilə Avropa təşkilatları arasında əlaqələrin yaxşı səviyyədə olduğunu məmnunluqla qeyd edərək ölkəmizin bu əlaqələrin konstruktiv ruhda davam etdirilməsində maraqlı olduğunu bildirib, Avropa Şurası Parlament Assambleyasının prezidenti Pedro Aqramuntun və Avropa İttifaqının xarici məsələlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti xanım Federika Moqerininin Azərbaycana səfərlərinin münasibətlərimizin inkişafına öz töhfəsini verdiyini deyib.
Görüşdə Azərbaycan ilə Avropa Şurası arasında əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri müzakirə edilib.

OXŞAR XƏBƏRLƏR

52 il bağırsaqlarından çıxarılan qəribə əşyadan xəbərsiz yaşayıb - FOTO

Çinin şərqindəki Anhui əyalətinin Yanq adlı 64 yaşlı sakini cəmi 12 yaşında olarkən bədənində yad cisim əmələ gəlib. O, bundan xəbərsiz 52 il yaşayıb.  ...

Aktiv vulkan kraterinə düşən qadının 3 gün sonra sağ olduğu məlum olub - FOTO

26 yaşlı braziliyalı rəqqasə Culiana Marins İndoneziyada təxminən 300 metr hündürlükdən yıxılaraq aktiv vulkanın kraterində ilişib qalıb. Xilasedicilər üçüncü g...

Evindən ona 76 min dollar qazandıran kitab tapdı - FOTO

Bir britaniyalı evdə nadir kitab tapıb.    Belə ki, İngiltərənin cənubunda yaşayan sakin gözlənilmədən onilliklər ərzində rəfdə toz yığan uşaq k...

Çində yarasalardan insanlara ötürülə bilən iki yeni virus aşkarlandı

Alimlər Çində yarasalardan insanlara keçə bilən yeni infeksiyalar aşkar ediblər. Onlar ağır beyin iltihabına və tənəffüs xəstəliklərinə səbəb ola bilər. &nbs...

Rəqsanə həyat yoldaşından boşanıb?

Müğənni Rəqsanə İsmayılovanın həyat yoldaşı Fazil bəydən boşandığı iddia edilib.   Sfera.az xəbər verir ki, bu haqda "TikTok" platformasınd...

Azərbaycanda Məhərrəm ayı başlayıb

Bu gündən - iyunun 26-dan Azərbaycanda Məhərrəm ayı başlayıb.   Sfera.az xəbər verir ki, islam aləmində xüsusi əhəmiyyətə malik olan bu ay hicri...