Bütün Rusiyanın Patriarxı Qarabağda sülhə töhfə verməyə hazırdır

Bütün Rusiyanın Patriarxı Qarabağda sülhə töhfə verməyə hazırdır

 

Moskvanın və bütün Rusiyanın Patriarxı Kirill Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə və bütün ermənilərin katolikosu II Qareginə məktub ünvanlayıb.

Məktubda Rusiya Pravoslav Kilsəsinin rəhbəri Dağlıq Qarabağda onlarla adamın öldüyü və yüzlərlə nəfərin yaralanmasıyla nəticələnən hərbi əməliyyatlar barədə xəbərləri narahatlıq və həyəcanla qəbul etdiyini bildirib.

Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Rusiya Pravoslav Kilsəsinin saytı məlumat yayıb.

Məktublarda Patriarx Kirill tərəflərin ən qısa zamanda atəşkəs rejiminə əməl edəcəyinə və barışıq əldə olunacağına ümid etdiyini bildirib. O, bu çətin günlərdə öz dualarıyla Azərbaycan və Ermənistan xalqıyla birgə olduğunu qeyd edib.

O, Şeyxülislam Allahşükür Paşazadə və katolikos II Qaregini qan və düşmənçiliyi dayandırmaq üçün bütün nüfuzlarından istifadə etməyə çağırıb.

"Öz adımdan deyə bilərəm ki, Qarabağ münaqişəsinin həllinə hərtərəfli töhfə verməyə hazıram”, - deyə Patriarx sözlərini bitirib.


OXŞAR XƏBƏRLƏR

İran İsrailin Daxili İşlər Nazirliyini vurdu

İran İsrailin Hayfa liman şəhərinə raketlərlə hücum edib.   Sfera.az xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) öz tel...

Nihal Candan VƏFAT ETDİ

“İşte benim stilim” verilişi ilə tanınan Nihal Candan vəfat edib.   Sfera.az bildirir ki,  uzun müddətdir anoreksiya xəstəliyindəb ə...

Evlilik və ya münasibəti bitirmək üçün istifadə edilən QƏRİBƏ XİDMƏT

Yaponiyada bir münasibətə son qoymaq istəyirsinizsə, bunu sizin üçün peşəkar şəkildə etmək üçün birini işə götürə bilərsiniz. Kino səhnəsi kimi səslənsə də, tam...

Müasir moda təbiəti öldürür: Dünya brendləri bataqlıq ərazilərdə...

Avropalı istehlakçılar tərəfindən atılan və Qanaya göndərilən geyimlər qorunan bataqlıq ərazilərdə böyük bir poliqonda tapılıb.   Sfera.az bildirir k...

100 il əvvəl ortaya çıxan və "Yuxu epidemiyası"nın sirri nə idi?

20-ci əsrin əvvəllərində dünya bir çox sirli xəstəliklərlə mübarizə aparırdı. “Yuxu xəstəliyi” kimi tanınan ensefalit letargika minlərlə insanın həy...

Boşanma şayiələri yayılan Mişel Obama başqa siyasətçi ilə göründü - FOTO

Uzun müddətdir ki, ABŞ-ın 44-cü prezidenti Barak Obamanın boşanacağı ilə bağlı şayiələr dolaşır. O, həyat yoldaşı ilə getdikcə daha az görünür.   Sfera...